Ötən il 11 751 nəfər vətəndaş fərdi qaydada qəbul edilib

Vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin obyektiv şəkildə cavablandırılması  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyətində mühüm yer tutur. Bu istiqamətdə işlərin davamı olaraq, 2017-ci ildə nazirliyin  rəhbərliyi və məsul şəxsləri  tərəfindən 11 751 nəfər vətəndaş  fərdi qaydada qəbul edilib. Həmin şəxslərdən 11 097 nəfəri nazirliyin qəbul otağına müraciət edənlər olub. 

Vətəndaşlardan 773 nəfəri (o cümlədən nazirlikdə 119 nəfər və “Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq ölkəmizin rayon və şəhərlərində keçirilən qəbullar zamanı 654  nəfər) əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən qəbul edilib. Həmçinin 418 nəfər vətəndaş nazir müavinləri və aparat rəhbəri, qalan vətəndaşlar isə nazirliyin struktur bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilərək müraciətləri dinlənilib. Müraciətlərin əksər hissəsində sosial təminat, pensiya və müavinət təyinatı, əmək qanunvericiliyi, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, sosial sığorta və s. məsələlərə dair sorğular ifadə olunub. ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, belə müraciətlərlə əlaqədar vətəndaşlara aidiyyəti üzrə hüquqi izahatlar verilməklə, digər müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Son illərdə əmək və sosial müdafiə sahələri üzrə əhaliyə xidmət sektorlarında elektron sistemlərin tətbiqi nəticəsində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın təminatı nazirliyin qəbul otağına müraciət edənlərin sayının getdikcə azalmasına səbəb olub. Bu tendensiyanın davamı kimi, 2017-ci ildə ƏƏSMN-nin qəbul otağına müraciət edənlərin sayında (11 097 nəfər) əvvəlki illə (39 347 nəfər) müqayisədə 3,5 dəfə azalma qeydə alınıb.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında