"Zərif imzalar" ensiklopedik məlumat toplusu qadınlarımız haqqında Azərbaycan dilində hazırlanmış ilk nəşrdir

Fevralın 15-də Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA) və "Azercell Telekom" MMC-nin birgə layihəsi çərçivəsində çapdan çıxmış "Zərif imzalar" kitabının təqdimatı keçirilmişdir.
"Zərif imzalar" ensiklopedik məlumat toplusu milli mətbuat tariximizdə Azərbaycan dilində hazırlanmış ilk nəşrdir. Burada son yüzillikdə tanınmış qadın naşirlər, baş redaktorlar haqqında yığcam məlumatlar və xanımların əksəriyyətinin portretləri verilmişdir.
Kitabın tərtibçisi, AJQA-nın sədri Sevil Yusifova bildirmişdir ki, ensiklopedik məlumat toplusunda 141 qadın jurnalistin fəaliyyətindən bəhs edən yazılar toplanmışdır. Sevil Yusifova demişdir ki, məqsəd Azərbaycanda söz və mətbuat azadlığının, demokratiyanın inkişafında, Vətənimizin azadlığı və suverenliyi uğrunda mübarizədə fərqlənmiş ziyalı xanımları tanıtmaqdır.
Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel demişdir ki, məlumat toplusu cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edən qadın jurnalistlərin əməyinə verilən yüksək qiymətdir.
Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Musa Qasımlı, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Nur" Uşaq və Gənclər İctimai Birliyinin sədri Sevinc Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və başqaları çıxış edərək, jurnalist qadınlara həsr edilmiş bu kitabın milli mətbuatımızın ağır yükünü zərif çiyinlərində daşıyan ayrı-ayrı tanınmış simaların fəaliyyətləri və peşə sahəsində əldə etdikləri uğurlarla tanış olmaq imkanı yaratdığını vurğulamışlar.
Kitabda AzərTAc-ın qadın əməkdaşları haqqında da məlumatlar yer almışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında