AMEA Rəyasət Heyətinin növbəti iclası

AMEA Rəyasət Heyətində AMEA Naxçıvan Bölməsinin 2010-cu ildəki elmi-təşkilati fəaliyyətlərinə həsr edilmiş iclas keçirilmişdir.
İştirakçılar Rəyasət Heyəti binasının foyesində AMEA Naxçıvan Bölməsi institutlarının 2010-cu ildəki nailiyyətlərini əks etdirən sərgi ilə tanış olmuşlar.
İclası giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov açaraq gündəlikdəki məsələlər haqqında məlumat vermişdir. AMEA Naxçıvan Bölməsinin akademik-katibi, akademik İsmayıl Hacıyev bölmənin 2010-cu ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarından danışaraq diqqətə çatdırmışdır ki, bölmə institutlarında fundamental elmi-tədqiqatlar AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş proqrama uyğun, Dövlət Proqramlarının həyata keçirilməsi və yeni qanun layihələrinin yerinə yetirilməsi üzrə aparılmışdır.
İ.Hacıyev bildirmişdir ki, hesabat ilində bölmə əməkdaşları tərəfindən 13 dissertasiya müdafiə edilmiş, 2 dissertasiya işi isə müzakirədən keçərək müdafiəyə təqdim olunmuşdur. Hazırda bölmənin 4 doktorantı və 20 dissertantı elmi-tədqiqat işlərini davam etdirir. Bölmə əməkdaşları tərəfindən 10 monoqrafiya, 24 kitab, 1 atlas, 1 xəritə, 621 məqalə, 24 tezis və 3 buklet çap olunmuş, 4 patent alınmışdır. Həmçinin, bölmədə humanitar və ictimai, təbiət və texniki elmlər seriyalarından "Xəbərlər" jurnalının 4 nömrəsi işıq üzü görmüşdür. Alim cari ildə bölmə əməkdaşlarının Naxçıvan MR Ali Məclisinin göstərişinə əsasən "Naxçıvan folkloru antologiyası"nın iki cildinin nəşrə hazırlandığını, "Hüseyn Cavid Ensiklopediyası" üzərində işlərin davam etdirildiyini diqqətə çatdırmışdır. O, həmçinin, bölmədə fəaliyyət göstərən "Heydər Əliyev lektoriyası"nda 5 məşğələnin keçirildiyini, ümummilli liderimizin həyatı və çoxcəhətli siyasi fəaliyyətinin öyrənilməsinə dair müxtəlif mövzularda məruzələrin dinlənildiyini, bölmə əməkdaşlarının 44 beynəlxalq simpozium və konfransda məruzələrlə çıxış etdiklərini söyləmişdir. Hesabatla bağlı müzakirələrdə akademiklər Arif Həşimov, Məhərrəm Məmmədyarov, İsa Həbibbəyli, Məmməd Salmanov və AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bölmənin fəaliyyətini qənaətbəxş hesab etmiş, bir sıra təklif və tövsiyələrini vermişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında