Azərbaycanın neft hasilatı sahəsində əldə etdiyi yüksək nəticələr ölkənin parlaq gələcəyi üçün mühüm amildir

Milli Məclis sədrinin müavini Bahar Muradova fevralın 15-də İsveçrə Konfederasiyasının Azərbaycanda yeni təyin olunmuş səfiri xanım Sabine Ulman Şaban ilə görüşmüşdür.
Milli Məclisin mətbuat xidmətindən daxil olan məlumatda deyilir ki, görüşdə dövlətlərimizin başçılarının, parlament sədrlərinin qarşılıqlı səfərlərinin, görüşlərinin əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət etdiyi qeyd olunmuşdur. Bildirilmişdir ki, Prezident İlham Əliyevin Davos Forumunda iştirakı zamanı İsveçrə rəhbərliyi ilə apardığı danışıqlar əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün yaxşı zəmin yaratmışdır.
Sabine Ulman Şaban Azərbaycanda gördüklərindən məmnun qaldığını, ölkələrimiz arasındakı əməkdaşlığa öz töhfəsini vermək niyyətində olduğunu, dövlətlərimizin başçıları arasındakı yüksək səviyyəli əlaqələrin münasibətlərimizin böyük gələcəyindən xəbər verdiyini bildirmişdir.
İyirmi illik müstəqillik dövründə Azərbaycanın çox mühüm nailiyyətlər əldə etdiyini vurğulayan səfir demişdir: "Siz bugünkü Azərbaycanla fəxr edə bilərsiniz".
Diplomat neft hasilatı sahəsində Azərbaycanın əldə etdiyi yüksək nəticələri ölkənin gələcəyi üçün mühüm amil kimi dəyərləndirmiş, dinamik inkişaf edən respublikamızda ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin həllində İsveçrənin hər cür yardıma hazır olduğunu bildirmişdir.
Görüşdə hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirilmiş, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyəti vurğulanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında