Qadınların əmək hüquqlarına dair seminar keçirilib

Ölkəmizdə qadınlar əmək münasibətləri sahəsində də kişilərlə bərabər hüquqlara malikdirlər. Qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi isə ayrı-seçkilik hesab edilmir.

   Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən Yevlax rayonunda “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” mövzusunda təşkil edilən seminarda vurğulanıb. Xidmətin 8 saylı region (Yevlax, Goranboy, Mingəçevir, Naftalan) üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisindəki ayrı-ayrı işəgötürənlərin və qadın işçilərin iştirakı ilə keçirilən tədbir müvafiq mövzuda maarifləndirmə məqsədi daşıyıb.

  Seminarda qeyd olunub ki, Azərbaycan ötən dövrdə qadın hüquqlarının müdafiəsi üzrə bütün əsas beynəlxalq sənədləri ratifikasiya edib. Onların sırasında Beynəlxalq Əmək Təşkilatının “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında”, “Bərabər dəyərli əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında”, “Analığın mühafizəsi haqqında” Konvensiyaları da vardır. Milli əmək qanunvericiliyində də həmin sənədlərdən irəli gələn, qadınların digər sahələrdə olduğu kimi əmək və məşğulluq sahəsində də kişilərlə bərabər hüquqlara malik olduğunu nəzərdə tutan prinsiplər əksini tapıb. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununda da əmək fəaliyyətində kişi və qadınların bərabərliyinin təmin edilməsi işəgötürənin vəzifələri sırasında qeyd olunur.

   Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində digər bir sıra amillərlə yanaşı, cinsinə görə də işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsini, habelə hüquqlarının məhdudlaşdırılmasını qadağan edir. İşçilər arasında belə bir  ayrı-seçkiliyə yol verən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

  Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları qadın işçilərin əmək hüquqları, bu hüquqların həyata keçirilməsi sahəsində təminatlar barədə ətraflı məlumatlar veriblər. Həmçinin hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlarla bağlı əmək qanunvericiliyindən irəli gələn prinsiplər diqqətə çatdırılıb.

İ İİştirakçılar tərəfindən qadınların əmək hüquqlarına dair verilən suallar da cavablandırılıb, onlara aidiyyəti mövzuda maarifləndirici bukletlər paylanıb.

Zərifə HÜSEYNOVA,
“Xaiq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında