Davamlı sosial layihələr paytaxtın qərb massivinin simasını gözəlləşdirir

Nazirlər Kabinetinin illik iclasında Prezident İlham Əliyevin nitqində irəli sürülmüş vəzifələrin müzakirəsi ilə bağlı Səbail rayonunun Badamdar qəsəbəsində keçirilən toplantıda son bir ildə sosial-iqtisadi inkişafda əldə edilmiş irəliləyişdən və ilin önəmli hədəflərindən ətraflı söhbət açılmışdır.

Bildirilmişdir ki, son illərdə Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş kompleks tədbirlərin uğurla yerinə yetirilməsi, Heydər Əliyev Fondunun və Səbail Rayon İcra Hakimiyyətinin gerçəkləşdirdiyi layihələr nəticəsində Badamdar paytaxtın qərb qapısında iri, abad yaşayış massivinə çevrilmişdir.

Rayon icra hakimiyyətinin başçısının qəsəbə üzrə icra nümayəndəsi Zaur Əliyev hazırda 27 minə yaxın sakinin yaşadığı, 3,5 min məcburi köçkünün məskunlaşdığı ərazidə ötən il görülən işlər barədə məlumat verərək qeyd etmişdir ki, geniş abadlıq işləri aparılıb, yollar təmir edilib və 38 min kvadratmetrə yaxın küçə asfaltlaşdırılıb. 239 saylı orta məktəbin əsaslı təmir olunması və sentyabr ayının 11-də ölkə başçısı İlham Əliyevin yaradılan şəraitlə tanış olması keçən ilin ən önəmli hadisəsi kimi yadda qalıb. Qəsəbənin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə irimiqyaslı işlər də başa çatmaq üzrədir.

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq, RİH Badamdar yolunun müasir standartlara uyğun yenidən qurulması ilə bağlı işlərə başlayıb. Yolun genişləndirilməsinə mane olan qanunsuz tikililər sökülür. RİH-in “Abad məhəllə” layihəsi çərçivəsində daha bir həyətdə əsaslı təmir-abadlıq işlərinə başlanılıb. Çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə bağlı  işlər də sürətlə davam edir. Çəpərlərdən və tullantıdan təmizlənmiş ərazilərdə 5 min zeytun ağacı əkilib.

Səbail RİH başçısının müavini Eldar Ağayev Prezident İlham Əliyevin rayonun və onun qəsəbələrinin inkişafına göstərdiyi davamlı diqqət və qayğıdan, ərazidə sakinlər və qonaqlar üçün yaradılan şəraitdən, qəsəbənin inkişaf perspektivlərindən danışmışdır.

Çıxış və müraciətlərdə ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli inkişaf siyasəti dəstəklənmişdir. “Açıq mikrafon” formatında davam edən toplantıda sakinlərin istək və təklifləri, iradları dinlənilmişdir.

R.TAHİR,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında