Bir kənddə bir ildə on obyekt istifadəyə verilib

Söhbət Şəmkirin Aşağı Seyfəli kəndindən gedir. Bu barədə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun iştirakı ilə kəndin ərazi dairəsi üzrə nümayəndəliyinin ­2017-ci ilin yekunlarına dair hesabat yığıncağında deyilib. Tənqid və özünütənqid şəraitində keçən yığıncağda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Aşağı Seyfəli inzibati ərazi dairəsi üzrə nümayəndə Oruc Qarayev hesabat dövründə kənddə görülən işlər haqqında ətraflı məlumat verib və bildirib ki, nümayəndəliyin ərazisinə qeydiyyata düşən və ərazidən qeydiyyatdan çıxan şəxslərə dair məlumatlar ev təsərrüfatlarının uçotu kitabına işlənilib, xarici ölkələrdə və respublikanın müxtəlif yerlərində yaşayan, hərbi xidmətdə olanların siyahıları dəqiqləşib.

İcra nümayəndəsi qeyd edib ki, 2017-ci ildə Aşağı Seyfəli kəndində 10 sahibkarlıq obyekti istifadəyə verilib, ikisinin inşası isə davam etdirilir. Artıq kənd sakinlərinin xidmətinə verilən obyektlərdə bütövlükdə 100-ə yaxın sakin daimi işlə təmin olunub.

Aşağı Seyfəli bələdiyyəsinin sədri Qalib Əhmədov məruzəsində kənd bələdiyyəsinin 2017-ci ildə gördüyü işlərdən və 2018-ci ildə qarşıda duran vəzifələrdən danışıb.

Hesabat yığıncağında çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, əsası ulu öndər tərəfindən qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası insanların həyat şəraitinin daha da yaxşılaşmasına səbəb olub. Davos dünya iqtisadi forumu reytinqində Azərbaycanın inkişaf etməkdə olan ölkələr sırasında 3-cü yerdə olması bunun bariz sübutudur.

İcra hakimiyyətinin başçısı deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibi olması dünya miqyasında qəbuledilən reallıqdır. Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirən, atdığı hər addımda Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və milli maraqların müdafiəsinə yönələn bir siyasi kursun daşıyıcısı olduğunu təsdiqləyən Prezident İlham Əliyevin bu il keçiriləcək növbəti prezident seçkilərində də xalqın etimadını qazanacağı şübhəsizdir.

Alimpaşa Məmmədov ölkənin, onun regionlarının davamlı inkişafı prosesində Şəmkirin də bir çox uğurlara imza atdığını, rayonun ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxladığını diqqətə çatdırıb: “Son on ildə Şəmkir rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, emal müəssisələri yaradılmış, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür. Ölkə Prezidenti cənab İlham Əliyevin Şəmkirə olan qayğısı sayəsində rayonumuz Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirilib”.

A.Məmmədov bildirib ki, görülən işlər bununla yekunlaşmayacaq. 2018-ci ildə də Şəmkirin inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik: “2017-ci ilin Şəmkir üçün ən mühüm hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri oldu. Bu, bizim üçün tarixi hadisədir. Cənab Prezidentin Şəmkir haqqında dedikləri isə bizi çox sevindirdi. Ölkə Prezidenti bildirdi ki, bu gün Şəmkirin inkişafına çox böyük diqqət göstərilir. Şəmkir gözəlləşir, abadlaşır və artıq ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilib. Rayonda quruculuq işləri ilə yanaşı, infrastruktur məsələləri də həll olunur”.

Rayon rəhbəri demişdir ki, biz gərək bu qiyməti, bu etimadı əməli işimizlə doğruldaq. Bunun üçün bütün sahələrdə məsuliyyəti, nizam-intizamı artırmalı, adamların sosial problemləri ilə daha yaxından məşğul olmalıyıq.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında