İnteraktiv sorğunun nəticələri açıqlanıb

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytında (www.mlspp.gov.az) növbəti interaktiv sorğu keçirilib. Sorğu zamanı respondentlərə “Əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat şəkildə faydalana bilirsinizmi?”  sualı ünvanlanıb.

Sualı ümumilikdə 2717 nəfər cavablandırıb. Onlardan 80 faizi əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat şəkildə faydalana bildiyini qeyd edib. Sorğuda iştirak edənlərin 16 faizi suala “xeyr” cavabını verib. Respondentlərin 4 faizi isə bu barədə məlumatsız olduğunu vurğulayıb.  

Son illərdə ƏƏSMN tərəfindən  “Elektron hökumət” portalı üzərindən istifadəyə verilən e-xidmətlər əmək və sosial müdafiə,  sosial sığorta sahələri üzrə dövlət xidmətlərinin göstərilməsində məmur-vətəndaş təmaslarının  minimuma endirilməsinə, vətəndaşların bu xidmətlərdən müasir və şəffaf şəkildə faydalanmalarına şərait yaradıb. Hazırda həmin e-xidmətlərin sayı 30-a yaxındır və onlara olan böyük sosial tələbin, ictimai marağın ifadəsi kimi, təkcə son bir ildə əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə 9 milyon 341 min müraciət qeydə alınıb.

Hər bir e-xidmət hazırlanarkən əhalinin ondan daha sadə və rahat şəkildə istifadə imkanlarına malik olmasına xüsusi diqqət yetirilir. Eyni zamanda istifadəyə verilən hər hansı e-xidmət, ondan istifadə prosedurları barədə ardıcıl olaraq geniş ictimai məlumatlandırma işləri aparılır. Sorğuya qoşulanların böyük əksəriyyətinin əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat şəkildə faydalana bildiklərini qeyd etmələri də həmin işlərin müsbət nəticəsidir.

Bununla belə sorğu iştirakçılarından bir qisminin həmin e-xidmətlərdən asan və rahat şəkildə istifadə edə bilmədiklərini və ya ümumiyyətlə həmin e-xidmətlər barədə məlumatsız olduqlarını bildirmələri müvafiq məlumatlandırma işlərinin qarşıdakı dövrdə də davam etdirilməsinin zəruriliyini göstərir.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında