Milli Fəaliyyət Planının icrası ilə bağlı iş planı təsdiq edilib

Azərbaycan Prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016--2018-ci illər üçün Milli Fəaliyyət Planı” ilə  bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 2018-ci il üçün iş planı təsdiq edilib.

Açıq Hökumətin təşviqində elektron texnologiyaların imkanlarından geniş istifadə üzrə xidmətlərin müasirləşdirilərək şəffaf müstəvidə təşkili xüsusi önəm kəsb edir. Son illərdə ƏƏSMN tərəfindən fəaliyyət sektorları üzrə böyük sosial tələbə malik 30-a yaxın e-xidmət hazırlanaraq əhalinin istifadəsinə verilmiş, müvafiq sahələr üzrə dövlət xidmətlərinin şəffaflaşdırılması təmin edilmişdir.

Bu tədbirlərin cari ildə davam etdirilməsi nazirliyin iş planında  əksini tapıb. Sənəddə “Elektron xidmət növlərinin Siyahısı”nın təkmilləşdirilməsi ilə yanaşı nazirliyin fəaliyyət sahələri üzrə yeni elektron xidmətlərin hazırlanaraq “Elektron hökumət” portalına inteqrasiya edilməsi nəzərdə tutulur.  İş planında həmin portalın imkanları və istifadəsi ilə bağlı vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin və təqdimatların keçirilməsi, Açıq Hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması, qeyri-hökumət təşkilatlarının layihə və təşəbbüslərinə dəstəyin prioritet istiqamət kimi müəyyən edilməsi, nazirlikdə İctimai şuranın fəaliyyətinin təşkili və gücləndirilməsi kimi tədbirlər də yer alıb. 

Həmçinin vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi, həyata keçirilən islahatlar, onların məqsədi və mahiyyəti barədə ictimai məlumatlandırmanın təmin edilməsi, Açıq Hökumət və korrupsiyaya qarşı mübarizə sahəsində sosial çarxların, bukletlərin, yaddaş kitabçalarının və digər maarifləndirici materialların nəşri və paylanması da İş planına daxildir.  “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın həyata keçirilməsi, Açıq Hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi, nəticələrinin elan edilməsi və s. kimi tədbirlər də qeyd olunub.

 

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında