Türkmənistanın Azərbaycandakı səfirliyi ölkəsinin Bayraq bayramını qeyd etmişdir

Fevralın 14-də Türkmənistanın Azərbaycandakı səfirliyi ölkəsinin Bayraq bayramı və Qurbanqulu Berdiməhəmmədovun Prezident seçilməsinin 4 illiyi münasibətilə "Müstəqil, həmişəlik bitərəf Türkmənistan - dostluğun, asudəliyin və xoşniyyətli əməkdaşlığın ölkəsidir" adlı tədbir keçirmişdir.
Türkmənistanın ölkəmizdəki səfiri Toyli Komekov Türkmənistanın son illərdə sürətli inkişaf yolundan ətraflı məlumat vermiş, ölkələrimiz arasında əməkdaşlıqdan danışmışdır. Bildirilmişdir ki, 2008-ci ilin mayında Prezident Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana, həmin ilin noyabrında Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfərləri ölkələrimiz arasında əməkdaşlığın inkişafına, xalqlarımızın daha da yaxınlaşmasına böyük təkan vermişdir.
Azərbaycan hökuməti adından türkmən xalqını təbrik edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iki ölkə arasında digər sahələrlə yanaşı, elm, təhsil, mədəniyyət sahələrində də əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulamışdır. Nazir müavini bildirmişdir ki, Prezident Qurbanqulu Berdiməhəmmədova Bakı Dövlət Universitetinin Fəxri doktoru adının, Prezident İlham Əliyevə Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru adının verilməsi, habelə 2009-cu ilin noyabrında Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinin, 2010-cu ilin noyabrında isə Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin keçirilməsi bu əməkdaşlığın bariz nümunəsidir.
Azərbaycan-Türkmənistan parlamentlərarası işçi qrupunun rəhbəri Astan Şahverdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva, Bakı Dövlət Universitetinin professoru Ramiz Əsgərov, Azərbaycandakı türkmən diasporunun nümayəndəsi Amangəldi Atabəy Niyazi və başqaları eyni soy-kökə, dilə, dinə, mədəniyyətə malik olan xalqlarımız və ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirmişlər.
Türkmənistan ilə bağlı videoçarxın nümayişindən sonra tədbir bədii hissə ilə davam etmişdir.
Bayram tədbirində dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və s. iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında