ATU-nun Tədris Cərrahiyyə Klinikasında onlayn kurs keçirilib

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Türkiyənin “Ulusal Endoskopik Laparoskopik Cerrahi Derneği”, İstanbul Universitetinin “Sürekli Tıp Eğitim Araştırma və Uygulama Merkezi” və Tədris Cərrahiyyə Klinikasının təşkilatçılığı ilə onlayn konfrans  keçirilib. Konfrans Laparoskopik Cərrahiyyə Kursu, Korrekteal Cərrahiyyə texnikaları mövzularına həsr edilib.

Konfrans zamanı iki günlük kurs proqramında əməliyyatlarda çəkilmiş görüntülər nümayiş etdirilib, laparoskopik kolorektal cərrahi sahəsində müasir metodların texniki incəlikləri doktor və rezidentlərə çatdırılıb. Laparoskopik Cərrahiyyə və Korrekteal Cərrahiyyə texnikaları mövsuzundakı kursun məqsədi professor-müəllim heyətinin peşəkarlığının artırılmasıdır.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mütəmadi olaraq elmi-praktik seminarlar təşkil olunur. Bu seminarların məqsədi professor-müəllim heyətinin pedaqoji ustalığını artırmaq, metodiki bilik və bacarıqlarını təkmilləşdirmək və tədrisin keyfiyyətini yüksəltməkdir.

Seminarların mövzusu hər dəfə qışda və yayda dərs prosesi başa çatdıqdan sonra müəyyənləşdirilir. Növbəti semestrdə keçiləcək dərslərə aid bölgülər aparılır, müəllimlərə proqrama uyğun mövzular verilir.

ATU-nun mətbuat xitmətindən bildiriblər ki, kafedrada tətbiq olunan multimedia sistemi seminarların gedişini auditoriyadan kənarda da izləmək imkanı yaradır.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında