“İş yerinə dair arayış” e-xidmətinə 815 mindən çox müraciət olunub

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən 2017-ci il ərzində  əvvəlki illə müqayisədə  48,3 faiz çox olmaqla  337 749 dəfə istifadə edilib. 

“İş yerinə dair arayış” e-xidmətinə müraciətlərin sayında hər ay artım dinamikası özünü göstərir. Buna misal olaraq 2017-ci ilin dekabr ayında bu e-xidmətə müraciətlərin sayı noyabr ayına nisbətən 16,7 faiz, 2016-cı ilin dekabr ayına nisbətən isə iki dəfəyə qədər artaraq 41 382 olub.

Həmin e-xidmətdən istifadəyə böyük  ictimai maraq  onun əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxsə istənilən vaxt onlayn rejimdə öz iş yeri barədə arayış əldə etməyə imkan verməsindən irəli gəlir. Bununla da vətəndaşların müvafiq hallarda qeyd olunan arayışı almaq üçün işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət etmələrinə ehtiyac qalmır. E-xidmətdən istifadə zamanı formalaşdırılan arayışı istifadəçi çap edərək kağız şəklində aidiyyəti təşkilata təqdim edə, yaxud  arayış tələb olunan təşkilata elektron yolla göndərə bilir. Arayışın təqdim edildiyi hər hansı təşkilat onun düzgünlüyünü, bu sənəddə əksini tapan məlumatların doğru olub-olmadığını portaldakı xüsusi e-xidmət vasitəsilə yoxlaya bilir.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, “İş yerinə dair arayış” e-xidməti 3 ildən çoxdur ki, fəaliyyət göstərir və ötən müddətdə “Elektron hökumət” portalının e-arayışlar bölməsində ən çox istifadə edilən e-xidmətlər sırasında olub. İndiyədək “İş yerinə dair arayış” e-xidmətinə  815 mindən çox müraciət qeydə alınıb ki, bu da portaldakı 18 növdə e-arayış xidmətləri üzrə edilən ümumi müraciətlərin təqribən yarıya qədəri deməkdir.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında