Gənc nəsil üçün qəhrəmanlıq nümunəsi

Çağdaş tariximizə torpaqlarımızın bütövlüyü və azadlıq uğrunda mübarizəmizin şanlı səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı Nəsimi rayonunda silsilə tədbirlər davam edir. Rayon icra hakimiyyətində ərazidə yaşayan  20 Yanvar şəhidlərinin ailələri və əlilləri ilə keçirilən görüşdə qətliam qurbanlarının xatirəsi dərin ehtiramla yad olunmuşdur.

Şəhid soydaşlarımızın cəsarət və hünərinin indiki nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu söyləyən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etmişdir ki, o zamankı səriştəsiz, milli maraqlara yad rəhbərlərin qorxaqlığı xalqın qınaq hədəfi olmuşdur. O müdhiş günlərdə siyasi aləmdən təcrid olunmuş ümummilli lider Heydər Əliyevin müstəsna bir cəsarət və iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlməsi və SSRİ  rəhbərliyinin törətdiyi bu cinayəti   qətiyyətlə ittiham etməsi isə xalqa haqq işi uğrunda mübarizədə hədsiz inam və güc gətirmişdir.

Görüşdə bildirilmişdir ki, 1990-cı ilin Yanvar qırğını zamanı həlak olan Vətən övladları xalqın milli azadlığına, müstəqilliyinə yol açmışlar. Ulu öndərin Moskvadan Vətənə dönən zaman ilk üz tutduğu ünvan Şəhidlər xiyabanı olmuş, Naxçıvana rəhbərliyi zamanı isə o, 20 Yanvar hadisələrinin təqsirkarlarını ittiham edən qərar qəbul edilməsinə nail olmuşdur. Yalnız ümummilli liderin Azərbaycan rəhbərliyinə qayıdışdan sonra onun təşəbbüsü ilə 20 Yanvar hadisələrinə əsl siyasi qiymət verilmişdir.

 Rayon rəhbəri Asif Əsgərov şəhid ailələri və əlillərin məişət qayğıları ilə maraqlanmış, müvafiq tapşırıqlar vermiş, onlara yardım  göstərilmişdir.

Həmin gün 20 Yanvar hadisələri zamanı şəhid olmuş Abbas Qasımovun və Qarabağ döyüşlərində həlak olmuş Namiq Əliyevin yaşadıqları binaların həyətində onların xatirəsinə həsr edilmiş guşənin açılışı olmuşdur.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva nəsimili şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işlərdən danışmış, yeni nəslin tərbiyəsində Vətən qurbanlarının uca timsalının əsas tutulduğunu vurğulamışdır. Mərasim Namiq Əliyevin təhsil aldığı 9 saylı tam orta məktəbdə təşkil edilmiş anım mərasimi ilə davam etmişdir.

Hər iki tədbirdə şəhid ailələrinin və əlillərin dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunması, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanlara himayədarlığı dərin razılıqla qeyd edilmişdir.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında