Əfqanıstan müharibəsi veteranı yubiley medalı ilə təltif edilmişdir

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi 1999-cu ildə Əfqanıstan müharibəsi veteranları,əlilləri və həlak olanların ailələrinin problemlərinin həlli məqsədilə yaradılmışdır.Birliyin üzvləri ölkəmizin bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etmişlər.
Bunu belə bir fakt da təsdiqləyir: Qarabağ uğrunda gedən döyüşlərdə Əfqanıstan müharibəsi veteranları cəbhədə göstərdikləri igidliklərə görə xüsusi fərqlənmiş, onların 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına, 27 nəfəri isə "Azərbaycan bayrağı" ordeninə layiq görülmüşdür.Qarabağ müharibəsində 4200 nəfər Əfqanıstan müharibəsi veteranı iştirak etmiş, onlardan 76 nəfəri həlak olmuş, 6 nəfəri itkin düşmüş,400 nəfəri əlil olmuşdur.
Bütün bunlar barədə Binəqədi Rayon İcra Hakimiyyəti aparatında keçirilən tədbirdə ətraflı danışılmışdır.Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev qeyd etmişdir ki, sözügedən ictimai birlik MDB məkanında fəaliyyət göstərən veteran təşkilatları arasında sıx əlaqələrə malikdir.Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin rəhbərliyi həmin ölkələrin eyni adlı təşkilatları ilə sıx əlaqə saxlayır, keçirilən tədbirlərdə fəal iştirak edir. Bu tədbirlərdə Azərbaycan torpaqlarının erməni qəsbkarları tərəfindən işğal olunması, dövlət başçımızın sülh səyləri, ölkəmizdə gedən sosial-iqtisadi inkişaf vəveteranlara dövlət qayğısı barədə geniş məlumatlar verilir.
Başçı diqqətə çatdırmışdır ki, sözügedən ictimai birlik veteran təşkilatları arasında əlaqələrin inkişaf etdirilib möhkəmləndirilməsində, gənclərin hərbi- vətənpərvərlik ruhunda tərbiyə olunmasında, Azərbaycanın digər ölkələrlə dostluq münasibətlərinin qorunub saxlanılmasında fəal ictimai iş aparır. Məhz elə bunun nəticəsidir ki, bu günlərdə MDB Ölkələri Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşev tərəfindən ictimai birliyin Binəqədi filialının sədri Məhəddin Rüstəmov "Ağır döyüşləpdə iştirakına görə" medalı ilə təltif edilmişdir.
Xatırladaq ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev tərəfindən Məhəddin Rüstəmova, eyni zamanda, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə RİH-in fəxri fərmanı təqdim olunmuşdur.
Sonda M.Rüstəmov başçıya Əfqanıstan veteranlarına göstərilən qayğı və diqqətə görə minnətdarlığını bildirmiş, demişdir ki, bundan sonra da ölkəmizin, eləcə də rayonun ictimai-siyasi, sosial-iqtisadi sahələrində fəal iştirak edəcək, respublikamızın iqtisadi qüdrətinin möhkəmlənməsində səylərini əsirgəməyəcəklər.

{nl}


Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında