Əmək müqaviləsinin bağlanması və digər məsələlər müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək hüquqlarına dair növbəti maarifləndirmə seminarı Bakı Biznes Universitetində təşkil olunub.  Xidmətin 2018-ci il üçün Tədbirlər Planına uyğun olaraq təşkil olunan, universitetin müəllim və tələbələrinin, ayrı-ayrı işəgötürənlərin iştirak etdiyi seminar “Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzusuna həsr olunub.

Seminarı giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov belə tədbirlərin əhəmiyyətini qeyd edib. O,  universitetin müəllim heyətinin, burada ali təhsil alan və gələcəkdə əmək bazarına daxil olmağa hazırlaşan tələbələrin əmək qanunvericiliyi, o cümlədən əmək münasibətlərinin rəsmiləşdirilməsi, bu sahədə qanunvericilikdən irəli gələn  prosedurlar barədə maarifləndirilməsinin xüsusi önəm kəsb etdiyini bildirib.

Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları əmək münasibətlərinin qanunvericiliklə və əmək müqaviləsi bağlamaqla tənzimlənməsinin hüquqi əsaslarını diqqətə çatdırıblar. Əmək müqaviləsinin bağlanması, onun şərtlərinin dəyişdirilməsi, eləcə də əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydalarından bəhs olunub. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulmasının işçilərin əmək və sosial müdafiə hüquqlarına əsaslı təminat yaratdığı, müqavilə olmadan həyata keçirilən əmək münasibətlərinin isə işçinin gələcək sosial təminatına heç bir əsas, imkan yaratmayan qeyri-rəsmi məşğulluq halı olduğu vurğulanıb.

ƏƏSMN-nin Əmək Müqaviləsi Bildirişlərinin Elektron İnformasiya Sistemi, onun üstünlükləri, bu sistemin tərkib hissələri olaraq göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi bağlanmış əmək müqaviləsi müvafiq bildiriş formasında həmin elektron informasiya sisteminə daxil edilərək sistem tərəfindən qeydiyyata alındıqdan və bu barədə  işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra təmin edilir. Seminarda  Əmək Müqaviləsi Bildirişlərinin Elektron İnformasiya Sistemindən istifadə prosedurları, əmək müqaviləsi bildirişlərinin gücləndirilmiş elektron imza vasitəsi ilə sistemə daxil edilməsi və qeydiyyatdan keçirilməsi qaydaları diqqətə çatdırılıb.

Tədbirdə işəgötürənin, habelə əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri barədə ətraflı məlumatlar verilib. İştirakçılara  əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə maarifləndirici bukletlər təqdim olunub, onların aidiyyəti mövzuda sualları cavablandırılaraq aydın şəkildə hüquqi izahatlar verilib.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında