Azərbaycan və Türkiyə icmaları ABŞ Konqresinə məktub ünvanlamışlar

ABŞ-dakı Azərbaycan və türk icmaları Senat və Nümayəndələr Palatasına növbəti məktub ünvanlamışlar.
Məktubda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçılara yardımı dayandırmaq tələb olunmuş və bəzi maraqlı qrupların Dağlıq Qarabağa yardımın artırılması istiqamətində göstərdiyi səylərin Azərbaycan və Türkiyə icmalarını narahat etdiyi bildirilmişdir. 2011-ci və 2012-ci maliyyə illərində dövlət və xarici yardım proqramları haqqında qanun layihəsinin Konqresdəki müzakirələri ərəfəsində bu fəallığın başa düşülmədiyi qeyd edilmişdir. Vurğulanmışdır ki, 2005-ci ildən etibarən ABŞ Konqresi yalnız Dağlıq Qarabağın erməni icmasına yardım edir. Bu bölgədən və ətrafdakı rayonlardan qovulan yarım milyondan çox azərbaycanlı isə yardımdan məhrum edilmişdir. Münaqişə siyasi yolla həll olunmadıqca ABŞ-ın bu cür birtərəfli yardımları Konqresin məqsədlərinin humanistliyini və obyektivliyini şübhə altına alır. Hər iki icma hesab edir ki, ABŞ-da iqtisadi böhranın davam etdiyi bir dövrdə ölkənin Ermənistana və Dağlıq Qarabağın erməni icmasına birbaşa yardımı artırması əsassızdır. Rəsmi Vaşinqton ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, onun birtərəfli yardımları enerji təhlükəsizliyi və terrorizmlə mübarizədə əsas tərəfdaşlarından biri olan Azərbaycanla münasibətlərinə zərər gətirə bilər.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında