Paytaxtın cənub qapısı yeniləşir və gözəlləşir

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin illik iclasında son illərdə Bakının simasını başdan-başa yeniləşdirən və gözəlləşdirən genişmiqyaslı quruculuq işlərini bundan sonra da davam etdirməyin önəminə toxunulmuşdur. Paytaxtın cənub qapısı sayılan Bibiheybət qəsəbəsi bu baxımdan hazırda geniş abadlıq, təmir və tikinti meydanına çevrilmişdir.

Səbail rayon rəhbərliyinin, təsərrüfat və xidmət qurumları təmsilçilərinin iştirakı ilə qəsəbədə keçirilən toplantıda ötən il ərazinin hərtərəfli inkişafında əldə olunmuş nailiyyətlərdən söhbət açılmış, dövlət başçısının bu il sosial quruculuğu davamlı prosesə çevirməklə bağlı qarşıya qoyduğu vəzifələr müzakirə olunmuşdur. Səbail Rayon İcra Hakimiyyəti başçısının qəsəbə üzrə nümayəndəsi Şahin Ağayev 2300-dən çox sakinin, 370 nəfər məcburi köçkünün yaşadığı massivdə son bir ildə gerçəkləşdirilmiş sosial layihələr barədə məlumat vermiş, əhalinin zəruri xidmətlərə tələbatının ödənilməsi ilə bağlı görülmüş məqsədyönlü işlərdən söz açmışdır.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev Prezident İlham Əliyevin Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-mədəni inkişafına göstərdiyi hərtərəfli diqqət və qayğını, Heydər Əliyev Fondunun bu sahədə xeyirxah dəstəyini xüsusi qeyd etmiş, qarşıdakı dövrdə rayonun problemlərinin həlli, sakinlər və çoxsaylı qonaqlar üçün yüksək rahatlıq yaradılması sahəsində görüləcək işlərdən danışmışdır.

Bildirilmişdir ki, Səbail RİH-in sosial obyektlərdə apardığı təmir-tikinti işləri, təsərrüfat xidmətlərinin yaratdığı səliqə-sahman paytaxtın giriş qapısında rahatlıq və gözəlliyi artırmışdır. Ümumi səylər və silsilə iməciliklərlə “Dostluq parkı”ndan Lökbatan dairəsinədək yol kənarlarının yaşıllaşdırılması, Şıx yamacında ekoloji park yaradılması da əraziyə yeni don biçmişdir. Qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemlərinin yenidən qurulması, küçələrin abadlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər bu il də davam etdiriləcəkdir.

Yığıncaqlarda sosial-iqtisadi inkişafı sürətləndirmək yolları müzakirə olunmuş, sakinləri maraqlandıran suallar cavablandırılmış, məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında