Naxçıvan şəhərində müasir yaşayış binasının təməli qoyulub

Bu gün Naxçıvan Muxtar Respublikası davamlı inkişaf dövrünü yaşayır. Bütün yaşayış məntəqələri müasir görkəmə qovuşub.

Naxçıvan şəhərində də geniş quruculuq işləri aparılır, yeni yaşayış binaları inşa olunur. Əhalinin rifahının yaxşılaşması insanların rahat və müasir mənzillərə olan tələbatını daha da artırır. Bu səbəbdən də Naxçıvan şəhərində müasir memarlıq quruluşuna malik ictimai yaşayış binalarının tikintisinə xüsusi diqqət yetirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, yanvarın 14-də Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yeni yaşayış binasının təməli qoyulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yaşayış binasının layihəsinə və əraziyə baxıb.

Məlumat verilib ki, 44 mənzilli 6 mərtəbəli yeni yaşayış binası milli və müasir memarlıq üslubunda inşa olunacaqdır. Binada ikiotaqlı, üçotaqlı, dördotaqlı, yeddiotaqlı və doqquzotaqlı mənzillər yerləşəcəkdir. Mənzillərin sahəsi ikiotaqlılarda 90, üçotaqlılarda 110 və 150, dördotaqlılarda 153, 165 və 175, yeddi otaqlılarda 325 və 360, doqquzotaqlıda isə 420 kvadratmetr olacaqdır. Yaşayış binasında lift quraşdırılacaq, zirzəmidə 29 yerlik avtomobil dayanacağı yaradılacaqdır. 4 girişi olan binanın birinci mərtəbəsində 12 mağaza istifadəyə veriləcəkdir.

Ali Məclisin sədri beton qarışığını bünövrəyə tökərək binanın təməlini qoyub.

Ali Məclisin sədri tikinti işlərinin müasir mühəndis texniki tələblərə uyğun aparılması və keyfiyyət amilinə ciddi diqqət yetirilməsi barədə müvafiq tapşırıqlar verib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında