Birgə işləmək uğurların əsas şərtidir

Bakı şəhərindəki rayon icra hakimiyyətlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri ildən-ilə təkmilləşərək yerli idarəetmənin vacib bir elementinə çevrilməkdədirlər. Yeni ilin ikinci həftəsindən başlayaraq, Xətai Rayon İcra Hakimiyyətinin Əhmədli qəsəbəsi, 1,2,3 və 4 saylı sahə inzibati ərazi dairələri nümayəndəliklərinin 2017-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən hesabatlarında bunu daha aydın görmək olur.

Nümayəndəliklərin rəhbərləri hesabatlarında qeyd etmişlər ki,  2017-ci ildə icra hakimiyyəti ilə birgə hazırlanmış perspektiv iş planı əsasında ərazilərin abadlaşdırılması, əhalinin məişət-kommunal problemlərinin həlli, sosial əhəmiyyətli sifarişlərin öyrənilməsi və rayon icra hakimiyyətinin başçısı ilə keçirilmiş səyyar görüşlər zamanı əhalinin  səsləndirdiyi təklif və müraciətlərin icrası ilə əlaqədar  zəruri tədbirlər görülmüşdür. Şübhəsiz, Azərbaycan Prezidentinin rəhbərliyi ilə hazırlanmış və həyata keçirilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”larının və çoxsaylı layihələrin icrası inzibati ərazi dairələrinin, qəsəbələrin inkişafına güclü təkan vermiş, abadlıq işləri sürətləndirilmiş, əhalinin həyat səviyyəsi yüksəlmiş və sosial rifahı yaxşılaşmışdır.

Nümayəndəlik tərəfindən yaşayış, sosial təyinatlı, təhsil, səhiyyə müəssisələrinin və digər obyektlərin içməli su, qaz, istilik və elektrik enerjisi ilə normal təminatı üçün kommunal və xidmət sahələri ilə işlər müntəzəm koordinasiya edilmiş, prospekt, küçə və meydanların abadlaşdırılması, ərazilərin sanitar təmizliyinə əməl olunması üçün müvafiq tədbirlər görülmüşdür.

Yolların və məhəllədaxili küçələrin bərpası və yenidənqurması istiqamətindıə görülən işlər də daim diqqətdə olmuşdur. Hesabat ilində 2 saylı inzibati ərazi dairəsinin məhəllədaxili yollarına 57 min 891 kvadratmetr,  4 saylı İƏD-in yollarına 116 min 536 kvadratmetr asfalt örtüyü döşənmişdir. İcra hakimiyyəti başçısının tapşırığına əsasən, rayonun ümumi görünüşünə xələl gətirən və bir sıra yelərdə uzun illər təmirsiz qalan onlarla çoxmənzilli yaşayış binasının fasadlarında təmir bərpa işləri aparılmışdır.

Abad yollar, yeni gözəl park, istirahət guşələri, müasir təhsil, səhiyyə, mədəniyyət ocaqları, infrastruktur obyektləri, milli-mənəvi dəyərlərimizi özündə yaşadan ziyarətgahlar və dini məbədlər yeni görkəm almışdır. Sakinlərin asudə vaxtlarının, istirahətinin daha səmərəli təşkili məqsədilə rayonun yaşayış məhəllələrində salınan nümunəvi həyətlərdə yenidənqurma işləri aparılmışdır.

Görülən işlər sırasında Azərbaycan Prezidentinin tapşırığı əsasında əhalinin pulsuz tibbi müayinədən keçirilməsinin mütəşəkkil şəkildə təşkil olunmasını da xüsusi qeyd etmək olar. Məsələn, təkcə rayonun Əhmədli qəsəbəsində
6 min 332 sakin tibbi müayinədən keçirilmişdir.

Nümayəndəliklərin hesabat yığıncağında çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov  qeyd etmişdir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən rayonda həyata keçirilən vacib layihələr sırasında sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması xüsusi yer tutur. Bunun nəticəsidir ki, təkcə, 2017-ci ildə rayon ərazisində müxtəlif sahələr üzrə 8 mindən çox yeni iş yeri yaradılmışdır. Dövlət Proqramı və digər investisiya layihələri əsasında məktəblər, uşaq bağçaları və səhiyyə ocaqları əsaslı təmir olunur və ya yenidən tikilir.

R.Məmmədov, həmçinin bildirmişdir ki, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyevin qərarının icrası istiqamətində də rayonda məqsədyönlü işlər aparılır. Yol infrastrukturunun yenidən qurulması, rayon ərazisində tıxacların aradan qaldırılması, piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və prospektlər yenidən qurulur.

Çıxışında nümayəndəliklərin işinin qənaətbəxş olduğunu bildirən R.Məmmədov 2018-ci ildə daha böyük uğurlara imza atmaq üçün səylə çalışmağı, əhalinin problem və qayğılarına diqqətlə yanaşmağı tövsiyə etmiş, müvafiq tapşırıqlarını vermişdir.

Toplantılarda mövcud problemlərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmış, rayon sakinlərinin, ziyalıların müraciətləri dinlənilmişdir. Tədbir iştirakçıları  həyata keçirilən layihələrin ölkə əhalisinin sosial rifahına yönəldiyini vurğulayaraq, göstərilən diqqətə və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə etmişlər.

İlqar RÜSTƏMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında