Bakıda YUNESKO yanında Din Xadimlərinin Məşvərət Qrupunun ilk iclası keçirilmişdir

Aprelin 26-da Bakıda, "Gülüstan" sarayında keçirilən dünya dini liderlərinin sammiti çərçivəsində YUNESKO yanında Din Xadimlərinin Məşvərət Qrupunun ilk iclası olmuşdur.
İclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın patriarxı Kirill, bütün ermənilərin katolikosu II Qaregin, digər ölkələrin din xadimləri, eləcə də YUNESKO-nun regional nümayəndəsi Dendev Badarc iştirak etmişlər.
Moskva və Bütün Rusiyanın patriarxı Kirill bildirmişdir ki, dini icmaların beynəlxalq təşkilatların fəaliyyətində rolu gündəmdə olan məsələlərdəndir. Patriarx Kirill dini icmaların beynəlxalq təskilatlarla daimi iş üçün xüsusi qrupun fəaliyyətinin vacibliyini vurğulamışdır.
Qeyd olunmuşdur ki, YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura da bu qurum yanında Din Xadimlərinin Məşvərət Qrupunun yaradılması istiqamətində mühüm səylər göstərmişdir. Qurumun yeni rəhbəri İrina Bokovanın təşəbbüsü ilə isə YUNESKO-da sülh və mədəniyyətlərin dialoqu paneli yaradılmışdır. Bu təsisat din xadimlərindən ibarət qrupun YUNESKO ilə əməkdaşlığı üçün gözəl imkan ola bilər.
İclasda YUNESKO yanında Din Xadimlərinin Məşvərət Qrupunun fəaliyyəti və nizamnaməsi ilə bağlı təkliflər irəli sürülmüşdür. Bu təkliflər YUNESKO-nun nümayəndəsinə təqdim olunmuşdur.
Təkliflərə tez bir vaxtda YUNESKO-da baxılacaq və onlara cavab veriləcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında