Ötən il 68 nəfər insan alveri qurbanı müxtəlif növ yardımlarla təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ötən il 96 nəfəri, o cümlədən Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş 68 nəfər insan alveri qurbanını və qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş 28 nəfər  potensial insan alveri qurbanını (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxsləri) müxtəlif növ yardımlarla təmin edib.

Qeyd olunan insanların hüquq və mənafelərinin müdafiəsi, zəruri yardımlarla təmin edilmələri, sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiya olunmaları,  normal həyat tərzinə qaytarılmaları istiqamətində məqsədyönlü tədbirlər görülüb. Onların hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı tərtib olunub və bir sıra şəxslərə  eyni vaxtda bir neçə növdə yardımlar göstərilib. İnsan alveri və potensial insan alveri qurbanlarından ümumilikdə  44 nəfərin tibbi, 52 nəfərin  psixoloji, 53 nəfərin hüquqi yardımla təminatı həyata keçirilib. ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti ilə birgə onlardan  21 nəfərin münasib işlə təmin olunmasına, 10  nəfərin isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmalarına köməklik göstərilib. Həmçinin ehtiyaclarına uyğun olaraq insan alveri qurbanlarından 14 nəfər sığınacaqla təmin edilib.

İnsan alveri anlayışı, onun növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları barədə ictimai məlumatın artırılması işləri də davam etdirilib. Bu məqsədlə respublikamızın ayrı-ayrı bölgələrində (Biləsuvar, Masallı, Cəbrayıl, Astara, Siyəzən, Şabran, Qusar, Oğuz, Qax, Zaqatala, Balakən və s.) əsasən gənclərin iştirakı ilə tədbirlər təşkil olunub, iştirakçılara müvafiq mövzularda dolğun məlumatlar verilib.

 

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında