246 dövlət əmlakı özəlləşdiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsinin 13 fevralda keçirəcəyi növbəti hərraca 246 dövlət əmlakı çıxarılacaq. Bunun 84-ü kiçik dövlət müəssisə və obyekti, 132-i istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u səhmdar cəmiyyəti, 11-i isə nəqliyyat vasitəsi olacaq.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr , o cümlədən “Azinterservis”, “Bərdə Kərpic”, “Çatal Broyler“, “Ləki Sinklənmiş qablar”, “Oğuz Kəndkimya“, “Sabirabad İnşaat Sənaye” və digər obyektlər yer alıb.

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10 faiz məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Elektron sifarişlər isə hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

 

Hazırladı:

Tahir AYDINOĞLU


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında