Məsud Davudoğlu küçəsində yeni magistral su xətti çəkilir

Nəsimi rayonu Məsud Davudoğlu küçəsində yeni magistral su xətti çəkilir.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərsu” ASC Bakı sakinlərinin içməli su təminatının daha da yaxşılaşdırılması, fasiləsiz su təchizatı rejiminin təmin olunması istiqamətində layihələrin icrasını davam etdirir. 2018-ci ilin ilk günlərindən başlayaraq, Bakı şəhəri Nəsimi rayonu Məsud Davudoğlu küçəsində yeni magistral su xəttinin tikintisi işləri intensiv şəkildə aparılır. Magistral su kəmərinin tikintisi həmin küçədə yeni yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, M.Davudoğlu küçəsində yaşayan sakinlərin su təchizatı 1970-ci illərdə çəkilmiş polad borularla təmin olunub. Uzun müddət istifadədə olmuş xətt istismar tələblərinə cavab vermədiyindən tez-tez qəza halları yaranıb.

Yeni layihə çərçivəsində M.Davudoğlu küçəsindən keçən mövcud magistral xətt yenisi ilə əvəzlənir. Bu məqsədlə 280 millimetr olan polietilen borularla 1 kilometr uzunluğunda yeni magistral su xətti çəkilir və ətraf küçələrə çıxışlar verilir. Magistral kəmərin tikintisi başa çatdıqdan sonra bütün evlər yeni çəkilmiş xətlərə qoşulacaq və mövcud kəmərin fəaliyyəti dayandırılacaq.

Tikinti işlərinin yaxın günlərdə tam başa çatdırılması nəzərdə tutulur. Yeni xəttin istismara verilməsi ilə bu ərazidə yaşayan əhalinin içməli su təchizatında dayanıqlılıq təmin olunacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında