Azərbaycanda ixrac idxalı 3,2 dəfə üstələmişdir

2010-cu ildə Azərbaycanda olan hüquqi və fiziki şəxslər dünyanın 147 ölkəsindəki tərəfdaşları ilə 27,9 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 21,3 milyard dollarını və ya 76,4 faizini Azərbaycandan ixrac olunmuş mallar, 6,6 milyard dollarını (23,6 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi bildirir ki, 2009-cu illə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 34,1 faiz, o cümlədən ixrac 45,1 faiz, idxal 7,8 faiz artmışdır. Hesabat dövründə ixrac idxalı 3,2 dəfə üstələmiş və 14,7 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.
Xarici ticarət əməliyyatlarının dörddə üç hissəsi İtaliya, Fransa, Rusiya Federasiyası, İsrail, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Çin, Xorvatiya, İndoneziya, Malayziya, Sinqapur və Almaniya ilə aparılmışdır.

{nl}


T.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında