Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir

Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. İclasda ölkə başçısı proqram xarakterli nitqində Azərbaycanın ötən il qazandığı uğurları diqqətə çatdırdı, görüləcək işlər barədə ətraflı məlumat verdi.

Cənab Prezident həmişə olduğu kimi, du dəfə də qaçqın və məcburi köçkünlərin sosial problərinin həlli yolunda görülən işlərdən ətraflı bəhs etdi: “Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu baxımdan 2017-ci il də əlamətdar il olmuşdur, 2300 ailə yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilibdir. Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır. Köçkünlər o qəsəbəyə qayıdıblar, qayıdırlar və bu, tarixi, əlamətdar hadisədir. Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz qısa müddət ərzində bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən quracağıq və bu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq.”

Əlbəttə , biz, məcburi köçkünlər öz torpaqlarımıza qayıdacağımıza əminik. Bu əminliyi bizdə möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasi kurs yaratmışdır: “Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Bu, həmişə belə olub, bu gün belədir, sabah da belə olacaq və Dağlıq Qarabağ probleminin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Bunun heç bir başqa yolu yoxdur”.

Məcburi köçkün həyatı yaşadığımız illərdə həmişə dövlətimizin qayğısını hiss etmişik. Görün, nə qədər qaçqın qəsəbələri salınıb, bu qəsəbələrdə müasir infrastruktur yaradılıb. Məktəblər tikilib, səhiyyə ocaqları istifadəyə verilib, mədəniyyət, idman müəssisələri salınıb.

Qubadlı məcburi köçkünləri də bu qayğıdan kənarda qalmayıblar. Təkcə ötən il Qubadlıdan olan xeyli ailə yeni mənzillə təmin olunub. Sumqayıtda, Bakının müxtəlif rayonlarında bizim üçün məktəblər tikilib. Bu gün rayonumuzun bütün icra strukturları Sumqayıtda fəaliyyət göstərir.

Qubadlılılar həmişə ölkə Prezidentinin apardığı siyasi kursu dəstəkləyiblər. Bu gün də belədir, sabah da belə olacaq.

Allahverdi Haqverdiyev,
YAP Qubadlı rayon təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında