Dövlət Gömrük Komitəsinin nümayəndəsi Parisdə konqresdə iştirak etmişdir

Fransanın paytaxtı Parisdə "Əqli Mülkiyyət Hüquqlarına Hörmətlə Yanaşma - Qlobal Problemin Davamlı Həlli Yolları" mövzusunda Kontrafakt Mallar və Piratçılığa Qarşı Mübarizəyə dair 6-cı Qlobal Konqres keçirilmişdir.
Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev iştirak etmişdir.
Komitədən verilən məlumata görə, Fransa Prezidentinin xüsusi himayəsilə keçirilən konqresə Dünya Gömrük Təşkilatı, Dünya Əqli Mülkiyyət Təşkilatı, İNTERPOL, Fransa Milli Sənaye Mülkiyyəti İnstitutu, Beynəlxalq Ticarət Markası Assosiasiyası, Beynəlxalq Ticarət Palatası kimi beynəlxalq təşkilatların, istehlakçı qrupların, hüquq assosiasiyalarının və müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının yüksək vəzifəli şəxsləri gəlmişlər. Konqres öz işinə kontrafakt mallar və piratçılıqla bağlı "Elmlər şəhərciyi" adlı sərgi ilə başlamışdır. "Əqli mülkiyyətə hörmətlə yanaşma", "İstehlakçıların təhlükəsizliyinin qorunması - saxtakarlıqla mübarizədə mühüm amil" mövzularında plenar iclaslar keçirilmişdir.
Tədbirin sonunda konqresin yekun hesabatı dinlənilmişdir. Hesabatda kontrafakt mallar və piratçılıqla mübarizədə maraqlı tərəflərin rolu və hüquqları, ictimaiyyətin daha çox məlumatlandırılması, mövzularla bağlı problemləri uğurla həll etmək üçün birgə tədbirlərin görülməsinin təmin edilməsi və bu prosesin dayandırılmasında daha səmərəli həll yollarının axtarılması və digər məsələlər öz əksini tapmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında