Rusiya Federasiyası Stavropol diyarının qubernatoru Azərbaycana gəlir

Rusiya Federasiyası Stavropol diyarının qubernatoru V.Qayevski aprelin 27-dən 29-dək Azərbaycanda olacaqdır.
Səfər çərçivəsində qubernator Azərbaycan Respublikası və Stavropol diyarının ticarət və iqtisadi potensialına həsr olunmuş biznes forumunda iştirak edəcək, Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin, Şəhidlər Xiyabanında torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun xatirəsinə ehtiramını bildirəcəkdir.
V.Qayevski Baş nazirin müavini, Qaçqınların və Məcburi Köşkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşəcəkdir.
Nazirlər Kabinetində Stavropol diyarı nümayəndə heyəti ilə geniş tərkibdə görüş, müvafiq saziş imzalanması, qubernatorun yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşü də nəzərdə tutulmuşdur.
Qonaq Sənaye və Energetika, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirliklərində, Bakı Slavyan Universitetində olacaq, İçərişəhəri və Dənizkənarı bulvarı gəzəcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında