İşçilərin istirahət vaxtı və məzuniyyət hüquqlarına dair seminar keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma və təbliğatişlərinin aparılmasına dair 2018-ci il üçün Tədbirlər Planına əsasən “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda seminar keçirib. Tədbir Xidmətin 23 saylı region (Bakının Xətai və Suraxanı rayonları) üzrə Dövlət Əmək Müfəttişliyində  təşkil olunub.

Bakının Xətai və Suraxanı rayonları üzrə  işəgötürənlərin iştirakı ilə keçən seminarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər arasında əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı məlumatlandırma işlərinin cari ildə davam etdiriləcəyi vurğulanıb. Hazırda təşkil olunan seminarın işçilərin istirahət vaxtı və məzuniyyət hüquqları ilə bağlı  məlumatlandırma məqsədi daşıdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Əmək Məcəlləsinin ayrıca bir bölməsi  istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarına həsr olunub və işəgötürənlərin əsas vəzifələrindən biri - işçilərin bu hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələblərinin yerinə yetirilməsidir.

Tədbirdə işçilər üçün nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüququ barədə məlumat verilməklə, hər bir işçinin vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malik olduğu bildirilib. Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması, məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları, məzuniyyətin növləri, əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, habelə  əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydaları, uşaqlı qadınların əlavə məzuniyyətləri  barədə iştirakçılara ətraflı məlumatlar verilib. Eləcə də sosial məzuniyyətlər, yaradıcılıq və təhsil, habelə ödənişli təhsil məzuniyyətləri, pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilər üçün əmək məzuniyyətlərinin müddətləri və s. ilə bağlı qanunvericilikdə əksini tapan müddəalar diqqətə çatdırılıb, müvafiq hüquqi-praktik izahat işi aparılıb.

Seminar zamanı işəgötürənlərə istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları ilə əlaqədar  maarifləndirici bukletlər paylanıb.

Zərifə Hüseynova,
"Xalq qəzeti"


 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında