Ötən il 11 min nəfərə evlərində sosial xidmət göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən çətin həyat şəraitində yaşayan şəxslərin sosial xidmətlərlə təminatı istiqamətində ötən il də məqsədyönlü işlər aparılıb. 

ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində 1080 nəfər şəxs tam dövlət təminatında olmaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin ediliblər. Onlardan 330 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar, qalanları isə 18 yaşdan yuxarı şəxslərdir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, son illərdə sosial xidmət müəssisələrində təminat səviyyəsi daha da yaxşılaşdırılıb. Bu müəssisələrdə, həmçinin Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və xidmət şəraiti yaradılıb. 

Ötən il evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan tənha ahıl və əlil vətəndaşlardan ibarət 11 min nəfər Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti rayon (şəhər) şöbələrinin sosial işçiləri tərəfindən səyyar formada sosial-məişət xidmətləri ilə təmin olunublar. Onlardan 8 700 nəfərini yaşı 70-dən yuxarı olan tənha ahıl insanlar, qalanlarını isə əlilliyi olan şəxslər təşkil edib. Sosial işçilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə köməklik göstəriblər. 

2017-ci ildə ƏƏSMN-nin sosial sifarişləri əsasında qeyri-hökumət təşkilatları tərəfindən icra olunan layihələr üzrə isə 4100 nəfər çətin həyat şəraitində olan uşaq reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunub. layihələr çərçivəsində həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, onların və ailələrinin sosial xidmətlərə çıxışının təmin edilməsi yönündə müvafiq işlər aparılıb.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında