Nəsimililər davamlı yeniləşməni yüksək qiymətləndirirlər

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında ötən il ölkənin sosial-iqtisadi inkişafında əldə olunmuş uğurlarla bağlı səslənən mülahizələr Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağında diqqət mərkəzində oldu.

“Qafqaz Baku Sport” otelində rayon rəhbərliyinin, təsərrüfat xidmətləri təmsilçilərinin və sakinlərin iştirakı ilə keçirilən yığıncaqda keçən il rayonda və ərazidə aparılmış geniş abadlıq-quruculuq işləri müzakirə olundu, bu ilin önəmli hədəfləri müəyyənləşdirildi. 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Xanbaba Xankişiyev ölkə rəhbərliyinin yaratdığı əlverişli şərait nəticəsində və Heydər Əliyev Fondunun fəal dəstəyi ilə Nəsimi rayonunda və ərazidə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verdi və qeyd etdi ki, bu sosial-mədəni layihələri sakinlər dərin minnətdarlıqla qarşılayırlar.

Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulmuşdur. Paytaxtda müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli işlər şəhərin simasını günü-gündən gözəlləşdirir. Məhz bu işlərin nəticəsidir ki, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir.

Dövlət başçısı İlham Əliyevin xalqımıza Yeni il təbrikində və Nazirlər Kabinetinin iclasında səsləndirdiyi önəmli məsələləri şərh edən, 2017-ci ildə rayonda görülmüş işlər və həyata keçirilmiş sosial layihələr barədə məlumat verən rayon rəhbəri qeyd etdi ki, ərazidə aparılan abadlıq-quruculuq işləri bu il də ardıcıl davam etdiriləcəkdir.

Hesabat yığıncağında çıxış edənlər rayonda aparılan davamlı quruculuq işlərinin, həyata keçirilən layihələrin sakinlərin rifahının yüksəldilməsinə yönəldiyini bildirdilər, görülən işlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Sonda sakinləri maraqlandıran suallar cavablandırıldı.

T. AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında