Elnur Aslanov: "Liderlik məktəbi" gənclər arasında ümumi fikrin formalaşmasına şərait yaradacaqdır

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkil etdiyi qış "Liderlik məktəbi" gənclər arasında ümumi fikrin formalaşmasına, intellektual imkanların genişlənməsinə və təşəbbüskarlıq ruhunun artmasına şərait yaradacaqdır.
Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov fevralın 12-də ATGTİ-nin təşkilatçılığı ilə Qubada keçirilən qış "Liderlik məktəbi"ndə tələbələrlə görüşdən sonra AzərTAc-ın müxbirinə bildirmişdir.
Prezident Administrasiyasının şöbə müdiri qeyd etmişdir ki, Azərbaycan gəncliyinin forması dəyişmişdir. Yeni Azərbaycan gənci müasir çağırışlara cavab verən, yüksək intellektə malik, Azərbaycanın Ermənistana qarşı apardığı informasiya müharibəsində fəal iştirak edən qüvvədir.
E.Aslanov bildirmişdir ki, hazırda dövlətin dəstəyi ilə 5 min azərbaycanlı gənc xaricdə təhsil alır və bu, qara qızılın insan kapitalına çevrilməsi istiqamətində atılan ən önəmli addımdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında