YUNESKO üçün hazırlanmış "Azərbaycanın ənənəvi xalçaçılıq sənəti" faylının təqdimatı

Artıq mədəni ictimaiyyətimizə yaxşı məlumdur ki, Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin, o cümlədən Azərbaycanın maddi və mənəvi sərvəti olan, xalqın estetik dünyagörüşünü, bədii istedadını, özünəməxsusluğunu və mədəni identikliyini əks etdirən xalçaların qorunması və beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlər görülmüşdür.
Azərbaycan xalça sənətinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi məqsədilə xalça ilə bağlı namizədlik faylı, film və müxtəlif dillərdə nəşr olunmuş kitabçalar hazırlanıb YUNESKO-ya təqdim olunmuşdur.
2010-cu il noyabrın 15-18-də Keniyanın Nayrobi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında nazir Əbülfəs Qarayevin rəhbərliyi altında Azərbaycan nümayəndə heyətinin iştirakı ilə aparılmış müzakirələrin nəticəsi olaraq 2010-cu il noyabr ayının 16-da "Azərbaycan ənənəvi xalçaçılıq sənəti" YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Xalça sənətinin YUNESKO-nun Siyahısına daxil edilməsi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan xalçası ilə bağlı hazırlanmış namizədlik faylının, filmin və saytın (www.carpet.intangble.az) beş dildə geniş ictimaiyyətə təqdim edilməsi məqsədi ilə Muzey Mərkəzində təqdimat mərasimi keçirilmişdir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır.
Tədbirdən sonra iştirakçılar Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi ilə tanış olmuşlar.

{nl}


M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında