İranın milli bayramı şərəfinə

İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - İslam inqilabının 32-ci ildönümü münasibətilə "Gülüstan" sarayında rəsmi qəbul təşkil etmişdir.
Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səslənmişdir.
Tədbirdə çıxış edən İranın Azərbaycandakı səfiri Məmmədbaqir Bəhrami ölkəsinin inqilabdan ötən 32 ildə keçdiyi inkişaf yolundan danışmış, bu illərdə iqtisadi və mədəni sahələrdə böyük inkişafa nail olunduğunu vurğulamışdır.
Diplomat dost və qonşu ölkələr olan İran və Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, bu gün İran və Azərbaycan sıx birliyə nail olmuşdur, ölkələrimiz iqtisadi cəhətdən inkişaf etdikcə, gələcəyə daha inamla addımlayırlar.
Səfir demokratiya yolu ilə irəliləyən, dinamik inkişaf etməkdə olan müstəqil Azərbaycan Respublikasına, xalqımıza uğurlar arzulamışdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əlamətdar gün münasibətilə dost İran xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, sülh və və əmin-amanlıq diləmiş, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırmışdır.
Nazir demişdir ki, müasir münasibətlərimizin tarixi ölkəmiz müstəqilliyini bərpa edəndən sonra başlamışdır. Ölkə başçılarının qarşılıqlı səfərlərini xatırladan Ə.Qarayev bildirmişdir ki, iki ölkə arasında mədəniyyət, elm, təhsil, səhiyyə və digər sahələrdə əlaqələr sürətlə və dinamik şəkildə inkişaf edir. Bunun bariz nümunəsi kimi ölkələrimiz arasında qeyri-maddi mədəni irs sahəsindəki əlaqələri və keçən il İran İslam Respublikasında Azərbaycan Mədəniyyəti günlərinin keçirilməsini qeyd etmişdir.
Qəbulda Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında