İctimai Komitənin yeni tərkibdə ilk iclası

Ədliyyə orqanlarında şəffaflığın artırılmasına diqqət yetirilərək, hüquq-müdafiə QHT-ləri ilə sıx əlaqələr qurulmuş, penitensiar sistemdə ictimai nəzarətin həyata keçirilməsi məqsədi ilə 2006-cı ildən müstəqil qurum - İctimai Komitə yaradılmışdır.
Bu müddət ərzində komitə tərəfindən penitensiar müəssisələrə müntəzəm olaraq 260-dan çox sərbəst başçəkmələr edilmiş, nəticələr üzrə tövsiyə və hesabatlar təqdim olunmuş, bununla bağlı zəruri tədbirlər görülmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 11-də Seçki Komissiyası tərəfindən formalaşdırılmış İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilmişdir. İclasda qurumun son birillik fəaliyyəti dövründə görülmüş işlər müzakirə olunmuş, hüquq-müdafiəçisi Əliməmməd Nuriyev qurumun koordinatoru seçilmişdir.
Tədbirdə iştirak edən ədliyyə naziri Fikrət Məmmədov Prezident İlham Əliyevin tapşırıqlarına əsasən penitensiar sistemdə gedən köklü dəyişikliklərdən, o cümlədən məhkumların hüquqlarının təmin olunması, saxlanma şəraitinin müasirləşdirilməsi, bu sahədə şəffaflığın və ictimai nəzarətin artırılması, islah işi üzrə görülən işlərdən danışmışdır.
Nazir korrupsiyaya qarşı daha ciddi mübarizənin aparılması ilə bağlı dövlət başçısının tapşırıqlarını qeyd edərək, bu günlərdə regionlara səfəri zamanı vurğuladığı fikirlərini xatırlatmış, rüşvətxorluq və digər neqativ hallarla mübarizədə vətəndaş cəmiyyətinin təmsilçisi olan İctimai Komitənin rolunu xüsusi qeyd etmişdir.
İclasda komitə üzvləri göstərilən etimadı yüksək qiymətləndirərək, daim rotasiya prinsipi əsasında fəaliyyət göstərən komitənin davamlı penitensiar islahatlara səmərəli töhfə verəcəyini bildirmiş, məhkumların asudə vaxtlarının səmərəli təşkili, məşğulluğunun artırılması, psixoloji yardımın yaxşılaşdırılması və digər məsələlərlə bağlı konkret təkliflər irəli sürmüşlər.
Tədbirin sonunda F.Məmmədov İctimai Komitə üzvlərinə cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması üçün xüsusi vəsiqələr təqdim etmiş və uğurlu fəaliyyət arzulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında