MDB Dinlərarası Şurası iclasının və dünya dini liderləri sammitinin iştirakçılarının şərəfinə

Aprelin 25-də MDB Dinlərarası Şurası iclasının və dünya dini liderləri Bakı sammitinin iştirakçılarına Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında şam yeməyi verilmişdir.
Jurnalistlərə qısa müsahibəsində Moskva və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu söyləmişdir. O demişdir ki, Azərbaycanın müstəqillik illərində tolerantlıq həmişə yüksək səviyyədə olmuşdur. Bu, ilk növbədə, dövlətinizin başçısının apardığı müdrik siyasətin nəticəsidir.
Aprelin 26-da Bakıda işə başlayacaq dünya dini liderlərinin ikigünlük sammitinin əhəmiyyətindən danışan patriarx Kirill, bu forumun dinlərarası əməkdaşlığa yeni töhfələr verəcəyinə əminliyini bildirmişdir.
Qonaq demişdir ki, dövlətlərimiz müstəqilliklərini bərpa etdikdən sonra çoxları düşünürdü ki, dinlərarası dialoqa son qoyulmuşdur. Amma biz bu gün qardaşlıq münasibətlərini qoruyub saxlamaqla, ölkələrimizin rastlaşdığı problemlərin qarşısında eyni mövqedən çıxış edərək bir "dildə" danışa bilirik.
Müxtəlif dinlərdən olan insanları bir araya toplayan sammitin daim dinlərarası dialoqa və əməkdaşlığa can atan Azərbaycanda keçirilməsi isə çox əlamətdar hadisədir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında