"İlin adamı" mükafatının təqdimatı olmuşdur

Fevralın 10-da Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilən "İlin adamı" mükafatının təqdimetmə mərasimi keçirilmişdir.
Tədbirdən əvvəl ANS Şirkətlər Qrupunun rəhbərliyi və kollektivi, ictimaiyyət nümayəndələri "İlin adamı" mükafatına layiq görülmüş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun məzarını ziyarət etmiş, şəhidin əziz xatirəsini ehtiramla yad etmişlər. Şəhidlərimizin ruhuna dualar oxunmuşdur.
Mükafatın təqdimetmə mərasimində Milli Qəhrəmanın valideynləri, yaxınları, əsgər dostları, deputatlar, rəsmi şəxslər, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev qəhrəmanın ömür yoluna nəzər salmış, göstərdiyi fədakarlıq və şücaətdən danışmışdır. Bildirilmişdir ki, Milli Qəhrəman bu ada Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi fədakarlığa, döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peşəkarlığa, Azərbaycan xalqının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə, qəhrəmancasına şəhid olub şəxsi nümunəsi ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə, Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə layiq görülmüşdür.
Sonra Milli Qəhrəman Mübariz İbrahimovun igidliyindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Mükafat Milli Qəhrəmanın atası Ağakərim İbrahimova təqdim edilmişdir.
Ağakərim İbrahimov göstərdiyi diqqət və qayğıya görə, Azərbaycan Prezidenti İlham Əliyevə və ANS Şirkətlər Qrupuna minnətdarlığını bildirmişdir.
Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Vaqif Məmmədov qeyd etmişdir ki, bu gün Azərbaycan ordusunun on minlərlə əsgər, çavuş, gizir və zabiti Mübariz İbrahimovun yolunu davam etdirmək arzusunda olduqlarını bildirirlər. Bu isə Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi, bir daha sübut edir ki, bizim Mübariz kimi qəhrəman oğullarımız çoxdur. Əsgərlərimiz hər zaman düşmənə layiqli cavab verməyə hazırdırlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında