Xətai rayonundakı uşaq evində bayram sevinci yaşandı

Xətai Rayon İcra Hakimiyyəti aparatının rəhbər işçilərinin və əməkdaşlarının bir qrupu Dünya Azərbaycanlılarının  Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə   rayondakı 3 saylı uşaq evində olmuşlar. İcra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva  uşaqlarla görüşməzdən əvvəl uşaq evindəki vəziyyət və müəssisənin qış qayğıları ilə maraqlandı.

Sonra qonaqlar  uşaqlar üçün yeni ilin ən sevimli personajlarından sayılan Şaxta baba və Qar qızla birgə bayramsayağı bəzədilmiş zala daxil oldular. Uşaq evinin direktoru Məhbubə Hüseynova qonaqları təqdim edəndən sonra dedi:

--Xalqımızın əsrlərdən gələn humanizm və xeyirxahlıq ənənələrindən biri də bayram günlərində kimsəsiz insanlara və xüsusilə də valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkmək, onları bayram sovqatı ilə sevindirmək və gülüş bəxş etməkdir. İnsan üçün bundan böyük səxavət çətin tapılsın. Ulu öndər Heydər Əliyev kimi misilsiz bir şəxsiyyət də böyük məhəbbət və sevgisini heç zaman uşaqlardan əsirgəməmişdir. Bu gün onun yolu Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyeva tərəfindən böyük sədaqətlə davam etdirilir. Elə bir bayram olmur ki, dövlətimizin başçısı və Mehriban xanım Əliyeva ölkəmizin bu kontingentdən olan uşaqlarına böyük bayram sevinci bəxş etməsinlər.

Xətai Rayon İcra Hakimiyyətinin də bu işlərdən kənarda qalmadığını bildirən M.Hüseynova qeyd etdi ki, tarixə qovuşmaqda olan 2017-ci ildə dövlətimizin diqqət və qayğısı sayəsində dörd qızımız Masazır qəsəbəsindəki məzun evində  mənzillə, iki məzunumuz isə Heydər Əliyev adına Neft Emalı Zavodunda işlə təmin edilmişdir. Amma ən sevindirici hal odur ki, 10-dan çox uşağımız öz ailələrinə qayıtmış və valideynlərinə qovuşmuşdur. 

Uşaq evinin sakinlərini bayram münasibətilə rayon icra hakimiyyəti başçısı Razim Məmmədovun adından təbrik edən icra başçısının müavini Jalə Abdıyeva isə bildirmişdir ki, valideyn himayəsindən məhrum olmuş uşaqların yüksək qayğı ilə əhatə olunmaları, onların əlverişli mənəvi və sosial mühitdə böyümələri üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması dövlətin daim diqqətində olan  bir vəzifədir. Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşırlar. 10 ildən artıqdır ki, Heydər Əliyev Fondu tərəfindən uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirilir.

Natiq həmçinin bildirdi ki, ölkəmizdə dövlət uşaq siyasəti çərçivəsində, cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyə xidmətinin səviyyəsinin qaldırılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması və bir çox digər dövlət proqramları reallaşdırılmaqdadır.

J.Abdıyeva çıxışında vurğuladı ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Heydər Əliyev Fondu tərəfindən orta məktəblərdə, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan, valideyn himayəsindən məhrum uşaqlar üçün şənliklər təşkil edilir. Xətai Rayon İcra Hakimiyyəti də sizin bayramlarınıza yeni rəng qatmaq üçün bu gün evinizə qonaq gəlib.

Təbriklərdən sonra bayram şənliyi başladı. Uşaqlar ulu öndərə, müstəqilliyimizə və həmrəyliyimizə həsr edilmiş şeirlər səsləndirdilər, Şaxta babaya və Qar qıza qoşulub əyləndilər. Onlar üçün ən maraqlı əyləncə isə köpük şousu oldu.

Günün ikinci yarısına qədər davam edən şənlik uşaqlara bayram hədiyyələrinin verilməsi ilə başa çatdı.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında