Kürdəmir rayonunun 11 mindən çox sakini yeni içməli su təchizatından faydalanır

Kürdəmir rayonunda 11 mindən çox sakin yeni içməli su təchizatından faydalanır.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli sərəncamına uyğun olaraq Kürdəmir rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. Layihə çərçivəsində rayonun 12 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində kəndlərə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib.

Kürdəmir rayonunun Qaraqocalı kəndində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. Qeyd edib ki, sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına töhfə verib.

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində layihələrin yekunlaşdığını bildirib. Qeyd olunub ki, növbəti illərdə digər kəndlərin də içməli su təchizatının yaxşılaşdırılması məqsədilə araşdırmalar aparılır.

Kəndlərə yeni mənbədən verilən suyun keyfiyyəti ilə sakinləri əyani tanış etmək məqsədilə “Azərsu” ASC-nin Mərkəzi laboratoriyasının səyyar laboratoriyası tərəfindən analizlər aparılıb və nəticələr sakinlərə nümayiş etdirilib. Uzun illər suvarma kanallarından götürülən sudan istifadə edən kənd sakinləri keyfiyyətli su ilə təminata göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Kürdəmir rayonunda icra olunan layihələr 12 yaşayış məntəqəsini - Mürtülü, Qağacalı, Şıxımlı, Topalhəsənli, Şahsevən, Qaraqocalı, Xırdapay, Yeni Şıxımlı, Qurdbayram, Ucarlı, Balakəngərli kəndləri və Qarabucaq qəsəbəsini əhatə edib. Kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Külüllü-Kürdəmir magistral kəməri seçilib. Magistral kəmərdən rayonun yaşayış məntəqələrinə çıxışlar verilib. Kəndlərdə müxtəlif diametrli polietilen borularla 39,5 kilometr olan su xətləri çəkilib, ümumi istifadə üçün 113 ədəd bulaq quraşdırılıb. Ümumilikdə yeni su təchizatı layihələrindən Kürdəmir rayonunun 12 yaşayış məntəqəsinin 11 min 400 nəfər sakin faydalanıb.

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb. Kəndlərdə 535 kilometr su xətti çəkilib, 1394 bulaq quraşdırılıb. Bununla da 271 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında