"Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Səfurə Əlizadəyə YAP üzvlük vəsiqəsi təqdim olunmuşdur

{nl}

"Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Səfurə Əlizadəyə YAP üzvlük vəsiqəsi təqdim olunmuşdur
Fevralın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında "Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Səfurə Əlizadəyə YAP üzvlük vəsiqəsinin təqdimetmə mərasimi keçirilmişdir.
YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov S. Əlizadənin bu ay partiyaya üzv olmaq üçün ərizə ilə müraciət etdiyini və gənc ifaçının YAP-ın sıralarına qəbul olunduğunu bildirmişdir.
YAP üzvlərinin sayının 530 min nəfərə çatdığını, bunun da 40 faizinin gənclər təşkil etdiyini vurğulayan Ə.Əhmədov qeyd etmişdir ki, partiya gənclərimizin potensialının, istedad və bacarıqlarının aşkara çıxarılması üçün geniş imkanlar yaradır. Bildirilmişdir ki, YAP-ın iqtisadi, sosial və digər sahələrdə çox yüksək inkişafa rəvac verən siyasət aparması Azərbaycan Prezidenti İlham Əliyevin partiyaya rəhbərlik etməsi ilə bağlıdır.
S.Əlizadənin keçən il "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı layiqincə və yüksək səviyyədə təmsil etdiyini vurğulayan Ə.Əhmədov gənclərimizi ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməyə çağırmışdır.
Ə.Əhmədov gənc ifaçıya YAP-ın üzvlük vəsiqəsini və ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş multimedia diskini təqdim etmişdir.
S.Əlizadə YAP-a üzv qəbul olunduğuna görə partiya rəhbərliyinə təşəkkürünü bildirmişdir.

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında