Suraxanıda bayram tədbirləri

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə rayonda silsilə tədbirlər keçirilir. Rayonun ərazisində yerləşən təhsil, səhiyyə, sənaye müəssisələrində “dəyirmi masa”lar, müxtəlif müsabiqələr, bayram şənlikləri təşkil olunur.

Növbəti belə bayram tədbiri rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Yeni Günəşli yaşayış massivində yerləşən 2 nömrəli uşaq evində təşkil olunub.

 Xüsusi tərtibatla bəzədilən və bayram əhval-ruhiyyəsi hökm sürən uşaq evində körpələri salamlayan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni  il münasibəti ilə onları təbrik edib. İ. Abbasov öz çıxışında ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan ətraflı danışıb. Başçı xüsusi vurğulayıb ki, Mehriban xanım Əliyeva,   Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində, o cümlədən, 2 saylı uşaq evində olur, onların gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanır və dəstək olurlar.

2 saylı uşaq evinin müdiri Sevda Hacıyeva uşaqlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Körpələrin böyük həvəslə iştirak etdikləri şənlikdə uşaqlar arasında müxtəlif yarışlar təşkil olunub və onlara rayon icra hakimiyyəti başçısının bayram hədiyyələri paylanılıb.

Sonda incəsənət ustalarının uşaqlar üçün hazırladıqları bayram konserti, Şaxta Babanın, Qar qızın maraqlı söhbətləri fidan balaların sevincinə sevinc qatıb...

V. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında