Ağstafada yeni avtomobil yolları istifadəyə verilib

Ağstafada ümumi uzunluğu 15,5 kilometr olan Ağstafa – Köçəsgər və Eynallı-Qırılı avtomobil yolları istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Ağstafa rayonunun Vurğun, Həsənsu, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə birləşdirən, həmçinin Ağstafa – Köçəsgər  yaşayış məntəqələrini Qırılı kəndi ilə əlaqələndirən Eynallı-Qırılı avtomobil yollarının əsaslı şəkildə yenidən qurulmasından sonra açılış mərasimi keçirilmişdir.  

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini Əvəz Qocayev, yol–inşaat işçiləri, eləcə də həmin yaşayış məntəqələrinin ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan icra hakimiyyətinin başçısı hər kəsi bu münasibətlə təbrik etmişdir. Qeyd etmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin konkret tapşırıqlarına uyğun olaraq, Ağstafanın yol-nəqliyyat sistemi  tamamilə yenidən qurulur. Ağstafada bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də görülən işlər  dövlət başçısının Ağstafaya və ağstafalılara göstərdiyi yüksək diqqət və qayğısının nəticəsidir.

Əvəz Qocayev öz çıxışında ölkəmizin yol-nəqliyyat sisteminin inkişafındakı uğurlarından danışmış və bildirmişdir ki, bu gün istifadəyə verilən yollar 3-cü texniki dərəcəyə uyğundur, iki hərəkət zolaqlıdır və 12 santimetr qalınlığında asfalt-beton örtük döşənib, müvafiq yol nişanları və məlumatverici lövhələr qoyulub, yol-cizgi və yolgöstərici xətlər çəkilib. Dövlət başçısının konkret tapşırığına uyğun olaraq 2020-ci ilin sonuna qədər ölkə ərazisində bütün yaşayış məntəqələrini əlaqələndirən avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri yüz faizə çatdırılacaqdır. Hazırda respublikamızın hər yerində olduğu kimi, Ağstafa rayonunda bu istiqamətdə tədbirlər sürətlə icra olunur.

Tədbirdə kənd ağsaqqalı Yolçu Vəliyev, ziyalı Nazim Eminov çıxış edərək, bütün sakinlər adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Sonra Məhərrəm Quliyev və Əvəz Qocayev yolun açılışını bildirən rəmzi qırmızı lenti kəsmişlər.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında