"Azercell" 2010-cu ilin yekunlarını açıqladı

Şirkət uğur və nailiyyətlərlə dolu bir ili geridə qoydu
2010-cu ilin yekunu ilə bağlı keçirilən mətbuat konfransında "Azercell Telekom" MMC 2010-cu ilin nəticələri haqqında mətbuatı məlumatlandırdı. Qeyd olundu ki, hal-hazırda bu şirkət Azərbaycanın mobil rabitə bazarının 54,6 faizinə nəzarət edir. Ölkənin 80 faizini əhatə edən şəbəkə imkan verir ki, Azərbaycan əhalisinin 99,8 faizi "Azercell"in keyfiyyətli və etibarlı rabitə xidmətlərindən yararlana bilsin. Son bir il ərzində 300 minə yaxın insan öz seçimini "Azercell"in üzərində saxlayıb. 2010-cu ilin sonuna bu operatorun 4 milyon 207 min nəfərlik abonenti vardı.
Mətbuat konfransında açıqlanan məlumata görə, 2010-cu ildə "Azercell" dövlət büdcəsinə təqribən 114,6 milyon ABŞ dolları, 14 il ərzində isə təqribən 868,2 milyon ABŞ dolları həcmində vəsait ödəyib.
"Azercell Telekom" MMC-nin prezidenti Ali Ağarı şirkətin 2010-cu ildəki fəaliyyəti haqqında məlumat verdi. Onun sözlərinə görə, şirkətin son 1 il ərzində gördüyü işlərin hamısını sadalamaq qeyri-mümkündür: "Azercell" 2010-cu ildə abonentlərini keyfiyyətli rabitə ilə təmin etməklə yanaşı, onları müxtəlif kampaniyalarla sevindirib, ən müasir texnologiyaları təqdim edib. Şirkətimiz Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşmasına yönələn sosial layihələri də dəstəkləyib". Cənab Ali Ağan bildirdi ki, ötən il ərzində şirkət bu cür layihələrin həyata keçirilməsinə təqribən 1,4 milyon ABŞ dolları vəsait sərf edib. Ümumilikdə 14 il üçün bu göstərici təqribən 14,7 milyon ABŞ dolları təşkil edir.
Şirkət həmişə olduğu kimi 2010-cu ildə də mədəniyyət, təhsil, media, uşaq hüquqları, səhiyyə, gənclərin inkişafına dair bir sıra layihələrin reallaşmasına kömək edib. Bu qəbildən layihələr sırasında Milli Kitab Müsabiqəsinin, "Azərbaycan-Avropa velosiped yürüşü"nün dəstəklənməsini, şirkətin Qafqaz Universitetində Yeni Nəsil Şəbəkələr adlı dərslər keçməyə başlamasını qeyd etmək olar. "Azercell" Kür və Araz çaylarında baş verən fəlakətdən əziyyət çəkənlərə yardım aksiyası da keçirib. Həmin vaxt fəlakət ərazisində olan 136,600 abonentin nömrəsinə 500 kontur hədiyyə edilib. Ənənəvi olaraq, 2010-cu ildə də "Azercell Telekom" jurnalistlərin peşə bacarıqlarının inkişafına öz töhfəsini vermişdir. Noyabr ayından başlayan ingilis kursu və mətbuat üçün keçirilən tədbirlərə verilən dəstək bunun bariz nümunəsidir.
Ötən il ərzində "Azercell Telekom" MMC biznes aləmində çox nüfuzlu beynəlxalq qurumlar tərəfindən mükafatlandırılıb. İl ərzində abonentlərinə müxtəlif kampaniyaları təqdim edən bir nömrəli operator yeni tarif paketlərini də istifadəyə verib.
2010-cu ilin "BakuTel" sərgisində "Azercell" ilk dəfə olaraq bir sıra yeni texnologiyaları təqdim edib. İstənilən ünvanı və yeri tapmağa kömək edən Mobil Naviqasiya sistemi, pul kisəsi, açar və endirim kartını əvəz edən RFİD proqramı, ailə üzvləri və dostların yerini müəyyənləşdirməyə kömək edən LBS texnologiyası ictimaiyyət tərəfindən çox maraqla qarşılanıb.
2010-cu il "Azercell" üçün həm də brend dəyişikliyi ilə yadda qalıb. Ötən il uğurlu rebrendinq keçirən şirkət loqosunu və rəngini dəyişmiş oldu. Artıq hər kəsə məlumdur ki, şirkətin yeni brendi bənövşəyi rəngdə olan yüksək texnologiya daşı formasındadır.
Sonda şirkətin struktur rəhbərləri jurnalistlərin suallarını cavablandırdılar.{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında