Milli Azərbaycan Tarixi Muzeyinin zəngin eksponatları Litva Seyminin sədrində böyük maraq doğurmuşdur

Ölkəmizdə rəsmi səfərdə olan Litva Seyminin sədri xanım İrena Dequtiene fevralın 9-da Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur.
Qonağa muzeyin tarixi barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, muzeyin yerləşdiyi, Bakının ən gözəl memarlıq abidələrindən olan bina 1895-1897-ci illərdə tikilmiş və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. 1920-ci ildə binada yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə aid 300 mindən çox eksponat toplanmışdır.
Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.
150-dən çox işçinin çalışdığı muzey həm də Milli Elmlər Akademiyasının strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir.
Xüsusi olaraq qonağın diqqətinə çatdırılmışdır ki, muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunmuşdur.
Litva Seyminin sədri Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinin eksponatlarına da maraqla tamaşa etmişdir. Buradakı məişət əşyaları və tarixi sənədlər onda böyük təəssürat yaratmışdır.
İrena Dequtiene muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonağa xatirə hədiyyələri təqdim etmişdir.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında