“İlham Əliyev və Müasir Azərbaycan – gənclərin gözü ilə”

Dünya Azəbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Beynəlxalq Muğam Mərkəzində keçirilən ədəbi-musiqili mərasimdə Səbail rayonu gənclərinin keçən il dekabr ayının 24-də – Prezident İlham Əliyevin doğum günündə təşkil etdikləri “İlham Əliyev və Müasir Azərbaycan – gənclərin gözü ilə” mövzusunda konfransın materialları əsasında çap olunmuş eyniadlı kitab ictimaiyyət nümayəndələrinə təqdim olunmuşdur.

Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkil etdiyi tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyətinin başçısı Eldar Əzizov qeyd etmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyev gerçəkləşdirdiyi çevik və modern strategiya ilə beynəlxalq aləmdə tanınan və dəyərləndirilən yeni tipli lider, görkəmli dövlət və siyasət xadimidir. Ulu öndərin zəngin irsindən qaynaqlanan inkişaf və tərəqqi siyasəti Azərbaycanı qısa müddətdə inkişaf edən ölkələr sırasına çıxarmışdır. Prezident İlham Əliyevin yeritdiyi mükəmməl, tarazlı siyasi xətt dünyada hökm sürən mürəkkəb şəraitdə yeganə və alternativsiz siyasətdir, ölkəmizin tərəqqisinə və əmin-amanlığına zəmanət verir.

Bildirilmişdir ki, cəmiyyətdə gedən hərtərəfli yeniləşmənin fəal iştirakçıları olan gənclər bütün bu həqiqətləri doğru-düzgün anlayır və fəaliyyətlərində rəhbər tuturlar. Səbail rayonunun gəncləri bir il bundan əvvəl Prezident İlham Əliyevin ad günündə keçirdikləri konfransda dövlət başçımızın bütün qələbələrimizə təminat yaradan liderlik fəaliyyətini mövzu seçmiş və hərtərəfli şərh etmişdilər. Həmin çıxışların toplandığı “İlham Əliyev və Müasir Azərbaycan – gənclərin gözü ilə” kitabının ərsəyə gəlməsi Səbail gənclərinin öz yaşıdlarına, ölkənin siyasi gerçəkliyinə yaxından bələd olmaq istəyənlərə layiqli töhfədir.

Daha sonra Eldar Əzizov başa çatmaqda olan 2017-ci ildə rayonda görülmüş işlər, gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumat vermiş, iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik etmişdir.

Mərasimdə qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin dünyada yaşayan soydaşlarımızın möhkəm birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməsi milli təqvimimizə sevimli bir ümumxalq bayramı bəxş etmişdir. Ümummilli liderin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev ulu öndərin milli birliyimizi və həmrəyliyimizi möhkəmləndirmək estafetini uğurla davam etdirir. Dünya azərbaycanlıları hərəkatı Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.

Səbail rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə doğum günü münasibəti ilə ünvanlanan təbrikdə sevimli dövlət başçısına möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanımızın tərəqqisi və inkişafı naminə göstərdiyi möhtəşəm fəaliyyətində müvəffəqiyyətlər arzulanmışdır.

Mərasim tanınmış incəsənət ustalarının iştirakı ilə çal-çağırla davam etmişdir.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında