ABŞ-ın Azərbaycanda təyin olunmuş səfiri Mətyu Brayzə Xarici İşlər Nazirliyində olmuşdur

Fevralın 9-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Mətyu Brayzə ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilmişdir ki, etimadnamənin surətini nazirə təqdim edən M.Brayzə ölkəmizdə səfir təyin olunmasından məmnunluğunu ifadə etmişdir. İki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan diplomat, eyni zamanda Azərbaycan-ABŞ əlaqələrinin genişləndirilməsi istiqamətində çalışacağını vurğulamışdır.
E.Məmmədyarov M.Brayzəni ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik etmiş, işlərində uğurlar arzulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında