İnsan Hüquqları İnstitutunda "Bioetika: sənədlər... terminlər..." kitabının təqdimatı olmuşdur

Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda (AMEA İHİ) "Bioetika: sənədlər... terminlər..." kitabının təqdimatı olmuşdur.
AMEA-nın İnsan Hüquqları İnstitutunun, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan Bürosunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə institutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva çıxış edərək Prezident İlham Əliyevin insan hüquq və sağlamlığının qorunmasına daim böyük önəm verdiyini vurğulamışdır.
Bütün dünyada, eləcə də ölkəmizdə bioetik prinsiplərin aktuallığından danışan A.Mustafayeva vurğulamışdır ki, hər bir dövlət elmin əldə etdiyi nailiyyətlərə hüquqi-etik aspektdən yanaşmaqla, öz vətəndaşlarının maraqlarını, hüquqlarını qorumağa diqqət göstərir.
İnstitutun direktoru rəhbərlik etdiyi elm müəssisəsində bioetik və tibbi hüquq üzrə tədqiqatların genişləndirildiyini diqqətə çatdırmışdır.
İHİ-nin Bioetika və tibbi hüquq şöbəsinin müdiri, YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan Bürosunun rəhbəri Vüqar Məmmədov təqdim olunan kitab barədə məlumat vermişdir. Bildirmişdir ki, bioetika ilə bağlı qısa sənədlər toplusunda məlumatlar üç dildə - Azərbaycan, ingilis və rus dillərində verilmişdir. Nəşrdə bioetikaya dair beynəlxalq sənədlər, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Nürnberq Məcəlləsi, Beynəlxalq Tibbi Etika Məcəlləsi, YUNESKO-nun bioetika üzrə proqramı və s. öz əksini tapmışdır. Həmçinin bioetika ilə bağlı bir sıra vacib terminlərin izah olunduğu qısa terminoloji lüğət də təqdim edilmişdir.
Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova "Bioetik məsələlərin insan hüquqları sistemində yeri haqqında", YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva "YUNESKO-nun bioetikanın inkişafını prioritet istiqamət kimi qiymətləndirməsi", təhsil nazirinin müavini İradə Hüseynova "Ali və orta ixtisas təhsil müəssisələrində bioetika tədrisinin vacibliyi barədə" mövzularında məruzələr etmişlər.
Digər çıxış edən alim və mütəxəssislər də elm və texnologiyanın inkişafının insan sağlamlığına xidmətinin vacibliyindən, təqdim olunan kitabın əhəmiyyətindən danışmışlar.
Nəşrlə bağlı layihənin elmi rəhbəri İHİ-nin direktoru A.Mustafayevadır.
Tədbirdə Milli Məclisin deputatları, müvafiq nazirliklərin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında