Səbaildə elmi-praktik konfrans

Paytaxtın Səbail rayonunun ümumtəhsil məktəblərində keçirilən ənənəvi  “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfranslar bu aksiyanın təşəbbüsçüsü olan 6 saylı məktəb-liseydə ümumrayon elmi məclisi ilə başa çatmışdır. Konfransda eyniadlı toplu iştirakçılara təqdim edilmişdir.

Məktəbdəki Heydər Əliyev muzeyinin qarşısında qonaqlara və tədbir iştirakçılarına şagirdlərin hazırladıqları tarixi-bədii kompozisiya  təqdim olunmuşdur. Bülbül adına orta-ixtisas musiqi məktəbinin muğam üçlüyünün müşayiəti altında şanlı keçmişimizin müxtəlif dövrlərini təmsil edən hökmdarların obrazları canlandırılmış və həmin şəxsiyyətlərin tariximizdə oynadığı rol barədə məlumat verilmişdir.

Məktəb konfranslarının qaliblərindən əlavə, rayon rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi ümumrayon toplantısını giriş sözü ilə açan 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova  bildirmişdir ki, artıq ikinci ildir ki, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  ərazidəki orta  ümumtəhsil məktəblərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfranslar keçirilir. Bu məclislərdə şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin çağdaş tariximizdəki rolu barədə çıxışlar edirlər.

Bildirilmişdir ki,  məktəblərdəki konfranslar bitdikdən sonra bu işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunur. Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi,  məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan tarix konfranslarında Səbail rayonu orta məktəblərinin 300-dən çox şagirdi məqalələrlə çıxışlar etmişdir. Səbail RİH isə 47  ən yaxşı şagird məruzəsindən ibarət “Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitabın 2-ci cildini çap etdirmişdir.

Təqdimat mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevin məzunu olduğu bu məktəbin belə konfransların təşəbbüskarı olmasını təqdirəlayiq hal kimi qiymətləndirmiş, məktəbliləri və onların müəllimlərini belə orijinal kitabın işıq üzü görməsi münasibətilə təbrik etmişdir.

 Rayon rəhbəri ulu öndərin zəngin irsi və onun ən layiqli davamçısı olan dövlət başçısının bu irsini qələbələr estafetinə çevirən fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, bu nəşrlər yeni nəslin ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində misilsiz mövqeyini, dövlət başçısı İlham Əliyevin nadir siyasi varislik missiyasını, ümumiyyətlə milli tariximizin dərindən öyrənilməsi işinə yeni məzmun və forma gətirməklə, tarixi irsin mənimsənilməsi prosesinə məktəblilərin və onların müəllimlərinin layiqli töhfəsidir.

6 saylı məktəbin şagirdi Mətanət Quliyeva, 7 saylı məktəbin şagirdi Emil Rüstəmli, 2 saylı texniki-humanitar elmlər liseyinin  şagirdi Yəmən Əzizli, 91 saylı məktəbin şagirdi Elmira Qoca və başqaları kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq etmişlər.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında