"ŞANS"ını reallaşdıran xanım 20 000 manata sahib oldu, xanımları "BİNQO+8"dən bayram uduşlarına sahib edək!

Lotereya həvəskarları ilə sıx təmasda fəaliyyət göstərən, şəffaflğa xüsusi önəm verən "Azərlotereya" ASC müntəzəm olaraq, ictimaiyyətə uduş sahibləri haqqında müfəssəl məlumat verir. Bu yaxınlarda yazmışdıq ki, yanvar ayında İmişli rayon sakini Dəmirov İlham Hacı oğlu "Şans" lotereyasında 10 000 manat uddu. Budur, ay bitməmiş Ağcəbədidən Rüstəmova Nəzakət Xanlar qızı öz "Şans"ını reallaşdırdı və 20.000 manat uddu. Yanvar ayının 29-da uduşunu alan Nəzakət hesab edir ki, hər birimiz nə vaxtsa öz şansımızı mütləq reallaşdıracağıq. Bunun üçün lotereya bileti almaq yetərlidir. Yeri gəlmişkən, "Azərlotereya" ASC "Şans" ani lotereya oyununu cari ilin sonuna qədər davam etdirəcək və Volkswagen "Touareg" avtomobilini udmaq üçün hər birimiz bərabər şansa malikik. Bizlərdən biri bu il bircə ədəd "Şans" bileti almaqla bu şansı mütləq reallaşdıracaq.
"Piramida" lotereyasının 3-cü tirajında 10 000 manat udan Naxçıvan sakini Sadıxov İlham Nəriman oğlu hesab edir ki, həyatda təsadüfən heç nə baş vermir. Kifayət qədər həyat təcrübəsinə malik olan, övladlarını yerbəyer edən İlham müəllim inanır ki, ilk nəvəsinin ayağı düşərli olub. "Allah hamının qismətini yetirsin və yetirəcək inşəallah" deyir. "Piramida" lotereyasının 4-cü tirajının qalibi, Culfa sakini 30 yaşlı Abdullayev Arif Abdulla oğlu da 10 000 manata sahib oldu.
Keçən ay olduğu kimi, sanki "Piramida" və "Binqo" lotereyaları uduş yarışına çıxıblar. "Binqo"nun 3-cü tirajında Ağdam sakini Mustafayeva Sevinc Həsən qızı 10 011 manata sahib oldu. Gənc xanım üçün bu sanballı məbləğ göydəndüşmə oldu və bütün gənc qızlara əsas istəklərinin çin olması ilə bahəm taleyin belə hədiyyəsini də ürəkdən arzulayırıq.
"Binqo" lotereyanın 4-cü tirajında isə 21 000 manat məbləğində "Cek Pot"u 5 nəfər qalib öz aralarında bölüşdürdülər. Saatlı rayonundan Mahmudov Adil Əzulla oğlu, Laçından Fətəliyeva Yeganə Zalış qızı, Qazaxdan Əşrəfova Tünzalə Alıxan qızı, Tovuzdan Qasımov İbrahim İmran oğlu və Bakıdan Babayev Rəşad Bəşir oğlu hərəyə 4 200 manat uddular.
Qismətlərinə 21 000 manatın düşməsinə, amma bu məbləğin 5 yerə bölünməsinə qaliblərin münasibətini soruşduqda, qaliblərdən biri, Rəşad Babayev səmimiyyətlə bildirir ki, verəcəyi var idi, vaxt-vədə yetişmişdi və nə edəcəyini bilmirdi. Heç lotereya oyunları azarkeşi də deyilmiş. Nə isə ürəyinə damıb, gedib 5 bilet alıb və budur, problemlər arxada qaldı. Bu beş nəfərin fikrini Əskərova Tünzalə daha dəqiq ifadə etdi: "Yaradan hər birimizin qismət payını verdi". Yeri gəlmişkən, Tünzalə xanım uduşun ertəsi günü ad gününü qeyd edib.
Qaliblərin siyahısına göz gəzdirdikdə, onlar arasında qadınların kifayət qədər olduğunu görürük və bu yaxınlarda, yəqin ki, uduş sahibləri arasında xanımların sayı daha da artacaq. Məsələ burasındadır ki, bu günlərdə, "Azərlotereya" ASC xüsusi bir lotereyaya - "BİNQO+8"ə start verib. Bu lotereya təkcə 8 mart bayramında "Azərlotereya"dan qadınlara deyil, ayrı-ayrılıqda bizim hər birimizdən xanımlarımıza gözəl hədiyyə olacaq. Xüsusi olaraq qeyd etmək lazımdır ki, lotereya biletləri nəfis açıqca şəklində istehsal olunublar və xanımlarımıza hədiyyə alarkən, ayrıca açıqcaya ehtiyac olmayacaq. Mart ayının 7-də saat 19.10-da AzTV-də canlı yayımlanacaq tirajda oyun iştirakçıları KİA "OPTİMA", 2 ədəd KİA "RİO", NİSSAN "SUNNY" və 4 ədəd VAZ-2107 olmaqla 8 ədəd avtomobilə, çoxlu pul uduşlarına sahib olacaqlar. Bir sözlə "BİNQO+8" həm gözəl açıqca, həm də Sizi 8 avtomobil və çoxsaylı pul uduşlarına sahib edə biləcək unikal lotereyadır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında