Bakıda "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsinin yekunu ilə bağlı konfrans keçirilmişdir

"Hyatt Regency" hotelində "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsinin yekunu ilə bağlı beynəlxalq konfrans keçirilmişdir.
Ayrı-ayrı nazirliklərin, müvafiq qurumların nümayəndələrinin, təhsil işçilərinin, mütəxəssislərin, beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdikləri konfransda çıxış edən təhsil naziri Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə təhsilin, o cümlədən peşə təhsilinin inkişafına daim böyük önəm verdiyini vurğulamışdır.
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi barədə məlumat verən nazir bildirmişdir ki, layihə üzrə üç il bundan əvvəl Azərbaycanın seçilmiş pilot rayonu İsmayıllıda yeni müasir tələblərə cavab verən Peşə Tədris Mərkəzi yaradılmışdır.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən müvafiq layihənin reallaşdırılmasında Böyük Britaniyanın BRITISH COUNCIL təşkilatının səmərəli rolu olmuşdur.
M.Mərdanov, eyni zamanda, Azərbaycanda peşə təhsili sahəsində həyata keçirilən tədbirlərdən və bu sahənin inkişaf perspektivlərindən danışmışdır.
Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rolan Kobya təmsil etdiyi qurumun Azərbaycanda peşə-ixtisas təhsili (İPİT) sisteminin inkişafındakı rolundan bəhs etmişdir.
Qeyd olunan layihənin rəhbəri Ann Castis və beynəlxalq ekspertləri Devid Hardi və Aleksandr Siboni İPİT sistemi barədə fikirlərini açıqlamışlar. Qeyd olunmuşdur ki, İPİT sistemi biznes qurumlarının, İPİT müəssisələrinin və müvafiq sahə üzrə təhsil alanların ehtiyacları üzərində qurulmalıdır.
Biznesin uğur qazanmasında İPİT sisteminin vacibliyi barədə geniş təqdimatlar olmuşdur.
Sonra peşə təhsilinin inkişaf perspektivləri üzrə müzakirələr aparılmışdır.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında