AMEA İnformasiya Texnologiyaları İnstitutunda Təhlükəsiz İnternet Günü qeyd olunmuşdur

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) 8 Fevral - Təhlükəsiz İnternet Gününə həsr olunmuş elmi seminar keçirilmişdir.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev tədbirin məqsəd və əhəmiyyəti, həmin günün yaranma tarixi haqqında məlumat verərək bildirmişdir ki, müasir dövrdə qloballaşma proseslərinin geniş vüsət almasında mühüm rol oynayan internet şəbəkəsi təhlükəsizliyinin təmin olunması vacib əhəmiyyət kəsb edən məsələlərdəndir.
Dünyanın bütün ölkələrində informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində müşahidə olunan elmi-texniki tərəqqi nəticəsində böyük nailiyyətlərin əldə olunduğunu qeyd edən R.Əliquliyev bu sahədə mövcud problemlərin həlli istiqamətində aparılan məqsədyönlü işlərdən danışmışdır. O, müxtəlif şirkət, elmi mərkəz və laboratoriyalar tərəfindən informasiyanın qorunması, təhlükəsizliyinin təmini, veb-saytların və kompyuterlərin zərərli proqramlardan mühafizəsi, virusların fəaliyyətinin qarşısının alınması istiqamətində proqram təminatlarının hazırlanaraq tətbiq edildiyini diqqətə çatdırmışdır.
R.Əliquliyev təhlükəsiz internetin formalaşdırılması ilə yanaşı, insanların maarifləndirilməsinin vacibliyini də vurğulamışdır. Alim dövlət qurumlarının, təşkilat və şirkətlərin şəbəkəsində müxtəlif növ nasazlıqların baş verməməsi və iş fəaliyyətində fasilələrin yaranmaması üçün istifadə ediləcək texnologiyaların müəyyənləşdirildiyini bildirmişdir.
Seminarda fəaliyyət sahəsindən asılı olmayaraq, istənilən təşkilat, müəssisə və şirkətin internet istifadəçilərinin monitorinqi və statistikasının aparılmasının şəbəkə təhlükəsizliyinin təmini məsələlərində mühüm vasitələrdən biri olduğu vurğulanmışdır. İnstitutda internet istifadəçilərinin daha çox müraciət etdikləri saytların, yüklənilən proqram vasitələrinin, istifadə olunan informasiya həcminin və sair statistikasının aparıldığı vurğulanmışdır.
Tədbirdə "İEEE üzvlüyünün faydaları və imkanları", "CERT komandaları", "İnformasiya müharibəsi", "Kompyuter texnologiyaları aləmində uşaqların təhlükəsizliyi", "İnformasiya təhlükəsizliyi və insan amili" mövzularında məruzələr dinlənilmişdir.
Sonda mövzu ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında